Azərbaycan Respublikası Prezidentinin seçkilərində vətəndaşların öz təşəbbüsü ilə prezidentliyə namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən prezidentliyə namizədin irəli sürülməsi qaydaları haqqında T Ə L İ M A T

Azərbaycan Respublikası Prezidentinin seçkilərində öz təşəbbüsü ilə passiv seçki hüququna malik olan vətəndaşlar və ya aktiv seçki hüququ olan vətəndaşların yaratdıqları təşəbbüs qrupları tərəfindən prezidentliyə namizədliyin irəli sürülməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 53-cü,180-ci maddələri və bu Təlimatla nizamlanır. 1. Ümumi müddəalar 1.1. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür. 1.2. Prezidentliyə namizədlər passiv seçki hüququna malik olan və Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin tələblərinə cavab verən vətəndaşların özləri, seçicilərin təşəbbüs qrupları, habelə siyasi partiyalar və ya siyasi partiyaların blokları tərəfindən irəli sürülə bilərlər.

2. Öz təşəbbüsü ilə prezidentliyə namizədlik irəli sürülərkən təqdim edilən sənədlər 2.1. Öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən vətəndaş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) aşağıdakı sənədləri təqdim etməlidir: 2.1.1. Prezidentliyə namizədliyin irəli sürülməsinə dair bildiriş (Təlimata 1 saylı əlavə); 2.1.2. Seçki Məcəlləsinin 53-cü və 180-ci maddələrinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi (Təlimata 2 saylı əlavə) (ərizədə prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri və tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayıb-yaşamaması, məhkumluğunun olubolmaması, vətəndaşlıq vəziyyəti və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir); 2.1.3. namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi (Təlimata 3 saylı əlavə); 2.1.4. namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə, bu barədə təsdiqedici sənəd (belə halda, namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bu barədə bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz). 2.2. Təqdim edilmiş sənədlərin qəbul edilməsi barədə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə Mərkəzi Seçki Komissiyası tərəfindən yazılı arayış verilir (Təlimata 6 saylı əlavə). 2.3. Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sə- nədlərə 5 gün müddətində baxır, namizədə və ya onun səlahiyyətli nümayəndəsinə namizədliyin irəli sürülmə- sinin təsdiq olunub-olunmaması barədə qərar təqdim edir (göndərir). 3. Seçicilərin təşəbbüs qrupunun yaradılması və prezidentliyə namizədliyin irəli sürülməsi qaydası 3.1. Seçki hüququ olan hər bir vətəndaş, yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət tərkibdə seçicilərin təşəbbüs qrupu yarada bilərlər. Bunun üçün onlar öz yığıncağını keçirməlidirlər. Təşəbbüs qrupunun üzvlərinin müxtəlif ərazi vahidlərində yaşamaları faktı onların təşəbbüs qrupunun üzvü olmasına maneə ola bilməz. Təşəbbüs qrupu yaratmaq istəyən seçicilər bələdiyyə qurumunun rəhbərliyinə və ya ərazi üzrə icra hakimiyyətinin yerli nümayəndəsinə yığıncaq keçirmək üçün yer ayrılması barədə yazılı müraciət edə bilərlər. Həmçinin seçicilərin təşəbbüs qrupunun yığıncağı seçicilərin yaşayış yeri üzrə, icra və bələdiyyə qurumlarının, o cümlədən digər hüquqi şəxslərin ərazi və binalarında keçirilə bilər. Müvafiq yer müəyyənləşdirildikdən sonra təşəbbüs qrupu yaratmaq istəyən seçicilərə yığıncağın keçirilməsi üçün ayrılmış yer və vaxt barədə məlumat verilir. 3.2. Yığıncaqda aşağıdakı məsələlər müzakirə 3.2.1. seçicilərin təşəbbüs qrupunun yaradılması və ona ad verilməsi; 4 3.2.2. təşəbbüs qrupunun nümayəndəsinin müəyyən edilməsi (bu şəxs iclasın sədri və ya katibi də ola bilər); 3.2.3. prezidentliyə namizədliyin irəli sürülməsi; 3.2.4. namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün Mərkəzi Seçki Komissiyasına bildirişlə müraciət edilməsi. 3.3. Yığıncağın gündəliyinə çıxarılaraq müzakirə edilmiş hər bir məsələ barədə qərar qəbul olunur və yığıncağın protokolu tərtib edilir. Protokolu iclasın sədri və katibi imzalayır. İclasın protokolunun həmin qurumların, o cümlədən iclasın keçirildiyi yerin məxsus olduğu hüquqi şəxslərin möhürü ilə təsdiq edilməsi də mümkündür. 3.4. Seçicilərin təşəbbüs qrupunun irəli sürdüyü prezidentliyə namizədin sənədlərini Mərkəzi Seçki Komissiyasına seçicilərin təşəbbüs qrupunun nümayəndəsi, habelə namizəd və ya onun səlahiyyətli nümayəndəsi təqdim edə bilər. 4. Prezidentliyə namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülərkən təqdim edilməli olan sənədlər 4.1. Prezidentliyə namizədin seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülməsi üçün Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədlər təqdim edilməlidir: 4.1.1. seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu (Təlimata 4 saylı əlavə); 4.1.2. namizədliyin irəli sürülməsi barədə bildiriş (Təlimata 5 saylı əlavə); 4.1.3. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53- cü və 180-ci maddələrinin tələblərinə uyğun tərtib edilmiş ərizə (Təlimata 2 saylı əlavə) (ərizədə prezidentliyə 5 namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri və tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayıb-yaşamaması, məhkumluğunun olub-olmaması, vətəndaşlıq vəziyyəti və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir); 4.1.4. namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi (Təlimata 3 saylı əlavə); 4.1.5. namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə, bu barədə təsdiqedici sənəd (belə halda, namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını Mərkəzi Seçki Komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və Mərkəzi Seçki Komissiyasına bu barədə bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz). 4.2. Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərin qəbul edilməsi barədə sənədləri təqdim etmiş şəxsə və ya buna hüququ olan digər şəxsə yazılı arayış verməlidir (Təlimata 6 saylı əlavə). 4.3. Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, sənədləri təqdim edən şəxsə (buna hüququ olan şəxsə – namizədə, onun səlahiyyətli nümayəndəsinə, seçicilərin təşəbbüs qrupunun nümayəndəsinə və s.) namizədliyin irəli sürülməsinin təsdiq olunubolunmaması barədə qərar təqdim edir.

5. Yekun müddəalar 5.1. Bu Təlimat qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-3 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində vətəndaşların öz təşəbbüsü ilə prezidentliyə namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərə- findən prezidentliyə namizədin irəli sürülməsi qaydaları haqqında” Təlimat qüvvədən düşmüş hesab edilir.

Updated: 22 Mart 2018 — 17:56