Salyan, Şirvan, Lənkəran və Sumqayıt şəhərlərində “Azərbaycanda seçki hüquqlarına və məlumatlılığına dəstək” layihəsi çərçivəsində növbəti seminarlar keçirilib

Hüquq və İnkişaf” İtimai Birliyi (HİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda seçki hüquqlarına və məlumatlılığına dəstək” layihəsi çərçivəsində Salyan, Şirvan, Lənkəran və Sumqayıt şəhərlərində yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri, müşahidəçilər və seçicilər üçün “Seçki hüquqlarına dair məlumatlılığın artırılması” mövzusunda keçirib. seminarlar keçirib. seçki komissiyasının üzvləri, .

Seminarlarda iştirakçılara seçki hüquqları və seçkilərdə iştirakın formaları, hazırkı Prezident seçkilərinin mərhələləri və ceçicilərin bu mərhələlərdə hansı qaydada iştirak edə bilmələri barədə geniş məlumat verilib, iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.

Seminarlarda iştirakçılara bu layhə çərivəsində hazırlanmış “Seçkilərdə iştirak üçün Bələdçi” bukleti və “Seçki şikayətlərinin verilməsi qaydaları” Kitabçası paylanıb və iştirakçılar zəruri dəftərxana ləvazimatları ilə təmin edilib.

Seminarlarda iştirakçılar tərəfindən verilən təkliflər qeydə alınaraq ümumiləşdirilib. Təkliflər sonrakı mərhələdə təhlil edilərək Hökumətə təqdim edilməsi nəzərdə tutulur.

Seminarlar layihədə iştirak edən seçki ekspertləri və yerli koordinatorlar tərəfindən aparılıb.

Updated: 08 İyul 2018 — 17:26