Azәrbaycan Respublikasında seçkilәrdә “exit-poll” keçirәn tәşkilatların akkreditasiyası Q A Y D A L A R I

Azәrbaycan Respublikası Mәrkәzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/32 saylı Qәrarı ilә tәsdiq edilmişdir. 

Azәrbaycan Respublikasında seçkilәrdә “exit-poll” keçirәn tәşkilatların akkreditasiyası

Q A Y D A L A R I

“Exit-poll” keçirmәk üçün akkreditasiya olunma qaydaları Azәrbaycan Respublikası Seçki Mәcәllәsinin (bundan sonra – Seçki Mәcәllәsi) 25.2.23-cü maddәsi vә bu Qaydalarla tәnzimlәnir.

1.“Exit-poll” keçirmәk niyyәtindә olan subyektlәrә dair tәlәblәr

1.1. “Exit-poll” keçirәn tәşkilatlar seçkilәrdә sәsvermә günü seçki mәntәqәlәrinin çıxışında seçicilәr arasında bu seçkiyә dair sosioloji sorğunun aparılmasında iştirak etmәk üçün Azәrbaycan Respublikasının Mәrkәzi Seçki Komissiyasında (bundan sonra – Mәrkәzi Seçki Komissiyası) akkreditasiyadan keçmәlidir.

1.2. “Exit-poll”un keçirilmәsinin әsas mәqsәdi seçki mәntәqәsinin çıxışında rәy sorğusu keçirmәklә sәsvermәdә iştirak etmiş seçicilәrdәn, onların könüllü iştirakı ilә әldә olunmuş mәlumatlar әsasında ictimaiyyәti sәsvermәnin ilkin nәticәlәri ilә vә elektorat barәsindәki tәqribi statistik mәlumatlarla tanış etmәk, habelә sәsvermәnin nәticәlәri haqqında operativ proqnozlar müәyyәnlәşdirmәkdәn ibarәtdir.

1.3. Bu sahәdә ixtisaslaşmış, müvafiq tәcrübәyә malik vә nüfuzlu hüquqi şәxslәr “exit-poll” keçirәn tәşkilat kimi çıxış edә bilәr. Qeyri-hökumәt tәşkilatları vә xarici hüquqi şәxslәr seçkilәr keçirilәrkәn “exit-poll” ilә әlaqәdar tәdbirlәrdә “Qeyri-hökumәt tәşkilatları (ictimai birliklәr vә fondlar) haqqında” Azәrbaycan Respublikası Qanununun 2.4-cü maddәsinә, habelә Azәrbaycan Respublikasının seçki qanunvericiliyinә uyğun olaraq iştirak edә bilәrlәr. Hәmin tәşkilatların adından “exit-poll”un keçirilmәsinә cәlb edilәn şәxslәr, әsasәn, seçki hüququ vә seçki sistemi üzrә mütәxәssis, yaxud bu sahәdә müәyyәn tәcrübәsi olan şәxslәr olmalıdırlar.

2.“Exit-poll” keçirmәk üçün akkreditasiyaya dair tәlәblәr

2.1. “Exit-poll” keçirmәk niyyәtindә olan tәşkilatlar sәsvermә gününә azı 20 gün qalmışadәk akkreditasiyadan keçmәk barәdә Mәrkәzi Seçki Komissiyasına yazılı müraciәt tәqdim etmәlidirlәr.

2.2. Müraciәtә aşağıdakı sәnәdlәr әlavә edilmәlidir:

2.2.1. tәşkilatın hüquqi şәxs kimi qeydiyyatdan keçmәsi barәdә sәnәdin notariat qaydasında tәsdiq olunmuş surәti;

2.2.2. tәşkilatın “exit-poll” keçirәrkәn tәtbiq edәcәyi qaydalar, üsullar, resurslar (“exit-poll” keçirәn şәxslәrin sayı, “exit-poll” keçirilәrkәn istifadә üçün nәzәrdә tutulmuş maddi-texniki vasitәlәr vә s.) haqqında yazılı mәlumat.

2.3. Hәr bir yazılı müraciәtә, onun daxil olduğu gündәn başlayaraq 10 gün müddәtindә Mәrkәzi Seçki Komissiyası tәrәfindәn baxılmalı, müraciәtlә birgә tәqdim olunmuş sәnәdlәr araşdırılmalı vә müvafiq tәşkilatın akkreditasiyadan keçib-keçmәmәsi barәdә әsaslandırılmış qәrar qәbul edilmәlidir.

3. Yekun müddәalar

3.1. Bu Qaydalar qüvvәyә mindiyi gündәn Mәrkәzi Seçki Komissiyasının 19 sentyabr 2008-ci il tarixli 22/108 saylıQәrarı ilә tәsdiq edilmiş “Azәrbaycan Respublikasında seçkilәrdә “exit-poll” keçirәn tәşkilatların akkreditasiyası Qaydaları” qüvvәdәn düşmüş hesab edilir.

Updated: 24 Mart 2018 — 11:14