PULSUZ HÜQUQİ YARDIM

Avropa Ittifaqnın maliyyə yardımı ilə  BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi”  layihəsi çərçivəsində “Hüquq və İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi”  layihəsi üzrə aztəminatlı ailələrə, əlillərə, pensiyaçılara, qaçqınlara, məcburi köçkünlərə və digər həssas qruplara sosial hüquqlar sahəsində pulsuz hüquqi yardım göstərilir.

Hüquqi yardım aşağıdakı formada həyata keçirilir:

–   Şifahi və yazılı hüquq məsləhətlərinin verilməsi;

–   Hüquq normalarının izahı və qanunvericilikdən çıxarışlar;

–   Dövlət orqanlarına müraciətlərin hazırlanması;

–    İnzibati orqanların və vəzifəli şəxslərin qanunsuz qərar və hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı inzibati orqanlara və məhkəmələrə şikayətlərin və ərizələrin hazırlanması;

–   Zəruri hallarda Ərizəçilər məhkəmələrdə təmsil olunacaqlar.

Məhkəmələrə müraciətlərlə bağlı notariat xərcləri, dövlət rüsumları və vəkil orderi üçün xərclər “Hüquq və İnkişaf” İctimai Birliyi tərəfindən qarşılanmır.

Hüquqi yardım üçün (012) 511 62 28 saylı telefona zəng etmək və ya himerkez@yahoo.com  elektron ünvanına yazılı müraciət etmək olar.


Pulsuz hüquqi yardım “Hüquq və İnkişaf” İctimai Birliyinə birbaşa gəlməklə, yazılı müraciət etməklə, habelə telefon və elektron poçt vasitəsi ilə müraciət etməklə həyata keçirilir.

Pulsuz hüquqi yardım zamanı hüquqi xidmətiə çatımlığı olmayanlara, aztəminatlı ailələrə, əlillərə, qadınlara və yaşlılara üstünlük verilir.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, İ. Dadaşov küçəsi ev 68, mənzil 45
Telefon: (012) 511 62 28
e-mail:  himerkez@yahoo.com : ofice@law.org.az

Updated: 20 Mart 2017 — 15:13