“Qeyri-hökumət təşkilatları haqqında qanunvericilik: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

“Hüquq və İnkişaf” İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Qeyri-hökumət təşkilatlarına hüquqi yardım” layihəsi çərçivəsində “Qeyri-hökumət təşkilatları haqqında qanunvericilik: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirib .

Dəyirmi Masada qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin durumu və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər Sənədi müzakirə olunub. Qərara alınıb ki, Sənəd Dəyirmi Masada verilən təkliflər də nəzərə alınmaqla müvafiq dövət qurumlarına təqdim edilsin.
Dəyirmi Masada qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ekspertlər iştirak edib
Updated: 08 İyul 2018 — 17:26