Seçkilərdə (referendumda) səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin S İ Y A H I S I

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/47 saylı Qərarı ilə təsdiq edilmiş, 29 may 2014-cü il tarixli 1/4 saylı Qərarı ilə dəyişikliklər edilmişdir. Seçkilərdə (referendumda) səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin S İ Y A H I S I Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikasının Seçki Məcəlləsi, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Siyahı1 və digər qanunvericilik aktları ilə müəyyən edilir. 1. Azərbaycan Respublikasının ərazisində səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlər 1.1. Azərbaycan Respublikasının ərazisində səsvermə günü aşağıdakı sənədlərdən istifadə edilir: 1.1.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 1.1.2. Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi. 1.2. Qaçqın və məcburi köçkün vətəndaşlar: 1.2.1. bu siyahının 1.1-ci bəndində göstərilən şəxsiyyətlərini təsdiq edən sənəd yoxdursa, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqə. 1.3. Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular: 1.3.1. zabitin şəxsi vəsiqəsi; 1.3.2. hərbi bilet. 1.4. Barələrində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər: 1.4.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd. 1.5. Azadlıqdan məhrumetmə yerlərində (cəzaçəkmə müəssisələrində) cəza çəkən şəxslər: 1.5.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənəd. 2. Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlər 2.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə günü aşağıdakı sənədlərdən istifadə edilir: 2.1.1. ümumvətəndaş pasportu; 2.1.2. xidməti pasport; 2.1.3. diplomatik pasport. 3. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasının ərazisində səsvermə günü istifadə etdikləri şəxsiyyəti təsdiq edən sənədlər 3.1. Azərbaycan Respublikasının ərazisində azı 5 il daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün: 3.1.1. icazə vəsiqəsi2 3.1.2. şəxsiyyət vəsiqəsi3 3.2. Bələdiyyə ərazisində azı 5 il daimi yaşayan əcnəbilər üçün: 3.2.1. icazə vəsiqəsi 4. Yekun müddəa 4.1. Bu Siyahı qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 avqust 2008-ci il tarixli 9/39-2 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin Siyahısı”, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 yanvar 2009-cu il tarixli 1/4-7 saylı Qərarı ilə təsdiq edilmiş “Referendum zamanı səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin Siyahısı”, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 6 may 2010-cu il tarixli 10/49-1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin Siyahısı” və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 avqust 2011-ci il tarixli 6/15-9 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bələdiyyə seçkilərində səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin Siyahısı” qüvvədən düşmüş hesab edilir. 1 Qeyd: seçki prosesində bu Siyahıda göstərilən sənədlərdən başqa, digər sənədlərdən istifadə olunması yolverilməzdir. 2Qeyd: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş onların ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəd. 3Qeyd: 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnaməyə uyğun olaraq verilmiş sənəd.

Updated: 23 Avqust 2017 — 13:29