Azərbaycan Respublikasında kecirilən seçkilərdə (referendumda) yerli müşahidənin aparılması qaydaları haqqında T Ə L İ M A T

Azərbaycan Respiblikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-3 saylı Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasında kecirilən seçkilərdə (referendumda) yerli müşahidənin aparılması qaydaları haqqında T Ə L İ M A T Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) Azərbaycan Respublikası vətəndaşının müşahidə aparması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 40-43-cü maddələrinə və bu Təlimata müvafiq olaraq tənzimlənir. Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) Azərbaycan Respublikasının aktiv seçki hüququna malik hər bir vətəndaşı respublika ərazisində və ya seçki (referendum) dairəsinin (bundan sonra – seçki dairəsi) ərazisində öz təşəbbüsü, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun və seçkilər üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında müşahidə apara bilər. Müşahidə respublikanın bütün ərazisində, bir seçki dairəsinin ərazisində, habelə müvafiq seçki (referendum) komissiyalarının (bundan sonra müvafiq olaraq – seçki komissiyaları) iclaslarını xüsusi icazə əsasında müşahidə etməklə aparıla bilər. I. Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq üçün müraciət etmiş vətəndaşların qeydə alınması qaydası 1.1. Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq niyyətində olan aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasınа bu barədə ərizə (Təlimata 1 saylı əlavə) təqdim edə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, zərurət olduqda isə, həm də maraqları təmsil olunacaq namizədin adı, referendum üzrə təşviqat qrupunun adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın, siyasi partiyalar blokunun adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə 3×4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 2 gün müddətində qəbul edilməlidir. Müşahidənin aparılmasına rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Mərkəzi Seçki Komissiyası tərəfindən müşahidənin keçirilməsinə icazə verilmədikdə, həmin vətəndaşın Mərkəzi Seçki Komissiyasının bu qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək hüququ vardır. 1.2. Müşahidənin aparılmasına icazə verildikdə, müşahidəçiyə Mərkəzi Seçki Komissiyası tərəfindən lövhəcik (Təlimata 2, 2a, 2b, 2c, 5, 5a, 5b, 5c, 9, 9a, 9b, 9c, 13, 13a, 13b, 13c saylı əlavələr) verilir. II. Seçki dairəsinin ərazisində müşahidə aparmaq üçün müraciət etmiş vətəndaşların qeydə alınması qaydası 2.1. Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə (Təlimata 1a saylı əlavə) seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, zərurət olduqda isə həm də maraqlarını təmsil etdiyi namizədin adı, referendum üzrə təşviqat qrupunun adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın, siyasi partiyalar blokunun adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə 3×4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərarın qəbul edilmə müddəti ərizənin verildiyi tarixdən başlayaraq 2 gündən artıq ola bilməz. Müşahidənin aparılmasına rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə dairə seçki komissiyası tərəfindən icazə verilmədikdə, dairə seçki komissiyasının bu qərarından Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. 2.2. Müşahidənin aparılmasına icazə verildikdə, müvafiq dairə seçki komissiyası müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik (Təlimata 3, 3a, 3b, 3c, 6, 6a, 6b, 6c, 10, 10a, 10b, 10c, 14, 14a, 14b, 14c saylı əlavələr) verir. 2.3. Seçki Məcəlləsinin 36.6-cı maddəsinə əsasən qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun və seçicilərin təşəbbüs qrupunun məntəqə seçki komissiyası işə başladığı andan səsvermənin nəticələri rəsmiləşdirilənədək məntəqə seçki komissiyasına bir müşahidəçi təyin etmək hüququ vardır. Həmin müşahidəçilər müvafiq dairə seçki komissiyasına onların müşahidəçi təyin edilməsi barədə qərarın surətinə 2 ədəd rəngli fotoşəkil əlavə edilmiş ərizə ilə (Təlimata 1b saylı əlavə) müraciət edərək löhvəcik alırlar (Təlimata 8, 8a, 8b, 12, 12a, 12b, 16, 16a, 16b saylı əlavələr). Müraciətin təmin edilməsinə rədd cavabı yalnız təqdim edilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. 3 III. Xüsusi icazəli müşahidəçi statusu almaq üçün müraciət etmiş vətəndaşların qeydə alınması qaydası 3.1. Səsvərmə gününədək seçki komissiyasının iclaslarını müşahidə etmək hüququna yalnız Seçki Məcəlləsinin 40.13-cü maddəsi ilə və bu Təlimatla müəyyən edilmiş qaydada həmin hüququn əldə edilməsi üçün Mərkəzi Seçki Komissiyasına ərizə (Təlimata 1c saylı əlavə) ilə müraciət edərək qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdir. Mərkəzi Seçki Komissiyasının verdiyi lövhəciklərdə (Təlimata 4, 4a, 4b, 7, 7a, 7b, 11, 11a, 11b, 15, 15a, 15b saylı əlavələr) həmin hüquq göstərilməlidir. Bu Təlimatın giriş hissəsində göstərilən subyektlərin (qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı) hər birinin ayrı-ayrılıqda hər seçki komissiyası üçün komissiyanın iclaslarını müşahidə etmək hüququna malik bir müşahidəçisi ola bilər. Mərkəzi Seçki Komissiyası onları, hər bir seçki komissiyasında 10 nəfərdən artıq olmamaqla, püşkatma yolu ilə təyin edir. Qeyd: səsvermə günü seçki komissiyasının iclasını müşahidə etmək üçün digər müşahidəçilərdən xüsusi icazə tələb olunmur. IV. Müşahidənin aparılmasının prinsipləri 4.1. Müşahidənin aparılması aşağıdakı prinsiplərə əsaslanmalıdır: 4.1.1. seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir; 4.1.2. müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır; 4.1.3. müşahidə açıq aparılmalıdır; 4.1.4. müşahidənin yekunları faktlara əsaslanmalıdır. 4.2. Sadalanan prinsiplər müşahidəçinin lövhəciyinin arxasında göstərilməlidir. 4.3. Müşahidəçi müşahidəni aparan zaman yuxarıda sadalanan prinsiplərə hökmən əməl etməli, aşkar etdiyi faktları müəyyən olunmuş qaydada (buna dair müvafiq akt tərtib etməklə) rəsmiləşdirməli, imkan daxilində həmin faktların rəsmiləşdirilməsinə maraqlı şəxslərin diqqətini cəlb etməlidir. Seçki prosesində aşkarlığın təmin edilməsi, ehtimal edilən pozuntuların qarşısının alınması və baş vermiş pozuntuların nəticələrinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə həmin halların müvafiq komissiyanın nəzərinə çatdırılmasının məqsədəmüvafiqliyi daim diqqətdə saxlanılmalıdır. Qeyd: seçkilərin (referendumun) digər iştirakçıları kimi müşahidəçilər də Seçki Məcəlləsinin 2.6-cı maddəsində göstərilən aşağıdakı şərtlərə riayət etməlidirlər:  mətbuat azadlığına hörmət bəsləmək;  öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri 4 nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;  seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;  seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;  seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;  seçkilərin (referendumun) azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki (referendum) orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;  seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;  səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;  səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;  seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;  seçki (referendum) komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq;  seçkilərin (referendumun) qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə (referendumla) bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;  hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq;  seçicilərə mükafat təqdim etməmək, onları cəza ilə hədələməmək;  dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan Seçki Məcəlləsi ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək;  təzyiq göstərmək ilə və ya bəxşiş təkilf etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək;  təzyiq göstərmək ilə və ya bəxşiş təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;  heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək. V. Müşahidəçilərin hüquq və vəzifələri 5.1. Yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar. 5.2. Müşahidəçilərin aşağıdakı hüquqları vardır: 5.2.1. seçici siyahıları ilə tanış olmaq; 5.2.2. səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq və ultrabənövşəyi lampadan istifadə etməklə seçicilərin barmaqlarının mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlamaq prosesini izləmək; 5.2.3. seçki bülletenləri verilməzdən əvvəl ultrabənövşəyi lampadan istifadə etməklə seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsini müşahidə etmək; 5 5.2.4. seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək; 5.2.5. səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək; 5.2.6. seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək; 5.2.7. müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək; 5.2.8. seçki komissiyasının qanuni fəaliyyətinə maneə törətmədən müşahidə aparmağı təmin edən şəraitdə və müşahidənin maneəsiz aparılmasına imkan verən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlığını yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu ilə və digər sənədlərlə tanış olmaq; 5.2.9. səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək; 5.2.10. seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının kilidləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara əlavə olunmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq; Qeyd: müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir. 5.2.11. səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq; 5.2.12. müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək; 5.2.13. seçki sənədlərinin yuxarı seçki komissiyalarına göndərilməsini müşahidə etmək; 5.2.14. seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək; 5.2.15. səsvermənin nəticələrinin və seçkilərin (referendumun) yekunlarının müəyyənləşdirilməsini müşahidə etmək; 5.2.16. səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında protokolun tərtib olunmasını müşahidə etmək; 5.2.17. səslərin hesablanmasını və ya təkrar hesablanmasını müşahidə etmək; 6 5.2.18. səslərin paralel sayılmasında iştirak etmək; 5.2.19. səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyası protokolunun 1-ci nüsxəsinin dairə seçki komissiyasına göndərilməsini müşahidə etmək; 5.2.20. qanunla qadağan edilməyən digər hərəkətlər (hərəkətsizlik) etmək. 5.3. Müşahidəçilərə aşağıdakı hərəkətlər qadağan edilir: 5.3.1. seçicilərə seçki bülletenləri vermək; 5.3.2. seçiciyə necə səs verəcəyi və necə səs verdiyi haqqında sual vermək; 5.3.3. seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteninin alınması haqqında imza etmək; 5.3.4. seçicinin xahişi ilə seçki bülletenini doldurmaq; 5.3.5. seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək; 5.3.6. seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək; 5.3.7. seçicilər arasında təşviqat aparmaq; 5.3.8. bu və ya digər namizədin, siyasi partiyanın (referenduma çıxarılan sualın) dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək; 5.3.9. müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək; 5.3.10. seçicilərin barmaqlarını mürəkkəblə işarələmək və ya ultrabənövşəyi lampa ilə seçicilərin barmaqlarının işarələnib -işarələnmədiyini yoxlamaq; 5.3.11. seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla); 5.3.12. qanunla qadağan edilən digər hərəkətlər (hərəkətsizlik) etmək. Qeyd: 1. Müşahidənin yekunlarına dair müşahidəçilərin tərtib etdikləri rəylər müvafiq komissiyaların sədrlərinə təqdim edildikdə, həmin rəy səsvermənin nəticələri və ya seçkilərin ümumi yekunları haqqında protokola əlavə edilməlidir. 2. Seçicinin öz iradəsini ifadə etməsinə mane olmaq və ya gizli səsverməni pozmaq istəyən müşahidəçi barəsində məntəqə seçki komissiyası qərar qəbul edir və o, təxirə salınmadan səsvermə otağından çıxarılır. 3. Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır. VI. Müşahidəçilərin səlahiyyət müddəti və səlahiyyətlərinə xitam verilməsi qaydası 6.1. Müşahidəçinin səlahiyyət müddəti ona müvafiq seçki komissiyası tərəfindən bu statusun verildiyi andan başlanır və müvafiq məhkəmələrdə seçkilərlə (referendumla) əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra, 7 seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir. 6.2. Bu Təlimatın 5.3-cü bəndində göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər. 6.3. Müşahidəçilərin səlahiyyətlərinə qanunvericilikd

Updated: 23 Avqust 2017 — 13:31