“Hüquq və İnkişaf” İctimai Birliyi Avropa İttifaqının yardımı ilə Sumqayıtda seminar keçirib.

“Hüquq və İnkişaf” İB (HİİB) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda seçki hüquqlarına və məlumatlılığına dəstək” layihə çərçivəsində Sumqayıtda  “Əvvəlki seçki təcrübələrinə dair” mövzusunda seminar keçirib. Seminarda  HİİB-un sədri Hafiz Həsənov “Əvvəlki seçki təcrübələri, seçki prosesinin inkişafına dair tövsiyyələr” mövzusunda çıxış edib. Çıxışdan sonra mövzu ürə diskusiyalar aparılıb, əvvəlki seçkilərlə bağlı müxtəlif keyslər müzakirə edilib. Müzakirələrdə iştirakçılar tərəfindən bir sıra təkliflər də irəli sürülüb.

Seminarda əsasən seçki komissiyasının üzvləri və yerli QHT təmsilçiləri iştirak edib.

Qeyd edək ki, HİİB layihə fəaliyyətlərinə uyğun olara bu mövzuda seminarları Salyan, Şirvan, Gəncə və Lənkərən şəhərləində də keçirəcək.

Updated: 08 İyul 2018 — 17:26