“Hüquq və İnkişaf” İctimai Birliyi Gəncə və Şirvan şəhərlərində “Əvvəlki seçki təcrübələri” mövzusunda növbəti seminarlar keçirib.

 

“Hüquq və İnkişaf” İtimai Birliyi (HİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda seçki hüquqlarına və məlumatlılığına dəstək” layihəsi çərçivəsində Sumqayıt, Salyan və Şirvan şəhərlərindən sonra Gəncə və Şirvan şəhərlərində növbəti seminalarları keçirib.

“Əvvəlki seçki təcrübələri” mövzusunda keçirilən seminarlarda seçki komissiyasının üzvləri, yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media nümayəndələri  iştirak ediblər.

Seminarda “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov “Əvvəlki seçki təcrübələri, seçki prosesinin inkişafına dair tövsiyyələr” mövzusunda çıxış edərək Seçki Məcəlləsinin qəbulundan sonra keçirilən seçkilərlə bağlı pozitiv xarakterli məqamlar və ədalətli seçkilər üçün problem yaradan məsələlər haqqında seminar iştirakçılarına geniş məlumat verib. Çıxışdan sonra mövzu üzrə suallar cavablandırılıb və müzakirələr aparılıb.

Bundan sonra əvvəlki seçkilərə dair konkret kazuslar üzrə müzakirələr aparılıb və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları İnstitutu, Avropa Şurasının Venesiya Komissiyası və Avropa Məhkəməsinin seçkilərə dair tövsiyyə və qərarları ilə bağlı iştirakçılara geniş məlumat verilib.

Seminarlarda iştirakçılara bu layhə çərivəsində çap olunmuş “Seçkilərdə iştirak üçün Bələdçi” bukleti və “Seçki şikayətlərinin verilməsi qaydaları” Kitabçası payakçılar zəruri dəftərxana ləvazimatları ilə təmin edilib.

Sumqayıt, Salyan və Şirvan şəhərlərində keçirilən seminarlarda olduğu kimi bu seminarlarda da iştirakçılar tərəfindən təkliflər irəli sürülüb. Bu təkliflər HİİB tərəfindən  ümumiləşdirilərək Hökumətə təqdim ediləcək.

Updated: 08 İyul 2018 — 17:26