“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 21 sentyabr 2015-ci il

№ 311

 

 

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması

 

QAYDALARI

 

  1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri (bundan sonra — Şöbə) tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin (bundan sonra – müavinət), ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin (bundan sonra – təqaüd) və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. [1]

1.2. İşsizlik müavinətinin təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydaları” ilə tənzimlənir.

1.3. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir.

1.4. Birdəfəlik müavinət istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur.

 

  1. Əsas anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. müavinət, təqaüd və kompensasiya üçün müraciət – müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün şəxs tərəfindən Şöbəyə ərizənin təqdim olunması; [2]

2.1.2. yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qocalar və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri;

2.1.3. müavinət, təqaüd və kompensasiya işi – müavinət, təqaüd və kompensasiya üçün müraciət edən şəxsə müavinət, təqaüd və kompensasiya təyin olunması üçün zəruri sənədlərin toplusu;

2.1.4. hərəkətdən çıxarılan iş – “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində göstərilən hallardan hər hansı birinin baş verməsi ilə əlaqədar ödənişi dayandırılan müavinət, təqaüd və kompensasiya işi.

 

  1. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət

 

3.1. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxs müavinət, təqaüd və kompensasiya almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Şöbəyə elektron qaydada və poçt vasitəsilə ərizə ilə müraciət edə bilər (1 nömrəli əlavə).

3.2. Əmək pensiyası hüququ olmayan uşaqlara ailə başçısını itirməyə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslərə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət, onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun, himayəçinin) yaşadığı ərazi üzrə edilir.

3.3. 16 yaşından yuxarı uşaqlar bu Qaydalara uyğun olaraq müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müstəqil şəkildə müraciət edə bilərlər.

3.4. Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum olmuş şəxslərin müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizəsi cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir.

 

  1. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizələrin qeydiyyata alınması və onlara baxılması

 

4.1. Şöbənin ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi barədə ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğunluğunu 3 (üç) iş günü müddətində yoxlayır.

4.2. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizə Şöbəyə daxil olduğu gün ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi (bundan sonra – məsləhətçi) tərəfindən sosial müavinət, təqaüd və kompensasiyanın təyinatı üçün ərizələrin qeydiyyatı jurnalında qeydiyyata alınır (2 nömrəli əlavə).

4.3. Ərizənin qeydə alınması barədə müraciət edən şəxsə bildiriş və qəbz verilir (1 nömrəli əlavə). Ərizə poçtla və ya elektron qaydada göndərildikdə, Şöbə ərizənin daxil olduğu gündən ən geci 3 (üç) iş günü müddətində bu barədə ərizəçiyə məlumat göndərir.

4.4. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə uşaqları dispanser qeydiyyatında olan Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin) 16 yaşı tamam olmuş uşaqlarının ümumtəhsil məktəblərində əyani təhsil alması barədə sənəd 16 yaşı tamam olduğu vaxtdan təqdim edilir və qeydiyyatdan keçirilir.

4.5. Ərizə poçtla göndərildikdə, jurnalda onun daxilolma tarixi poçtla göndərilən gün hesab olunur və göndərildiyi tarix kimi rabitə şöbəsinin poçt möhüründə göstərilən tarix qəbul edilir. Müraciət elektron qaydada edildikdə, elektron poçt ünvanına daxil olduğu gün göndərildiyi tarix kimi qəbul olunur.

4.6. Şöbəyə müraciət edən şəxsə ərizənin və digər sənədlərin formalarını verməyə, yaxud poçtla və ya elektron qaydada göndərməyə, müavinət, təqaüd və kompensasiyanın təyinatı üçün zəruri sənədlərin toplanılaraq təqdim olunmasına yardım göstərməyə borcludur.

4.7. Tibbi-sosial ekspert komissiyaları əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə müayinə aktından çıxarışı Şöbəyə təqdim edirlər. [3]

4.8. Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı bu Qaydaların 7 nömrəli əlavəsində göstərilib.

 

  1. Müavinət, təqaüd və kompensasiya təyin olunmasına baxılması və qərarların icrası

 

5.1. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində Şöbənin məsləhətçisi, ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri, mühasibat uçotu sektorunun müdiri və direktoru tərəfindən kollegial qaydada baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar Şöbənin məsləhətçisinin, sektor müdirlərinin və Şöbənin direktorunun imzaları və Şöbənin möhürü ilə təsdiq edilir.

5.2. Şöbə tərəfindən müavinət, təqaüd və kompensasiyanın təyin olunması barədə qərar qəbul edildikdə, məsləhətçi qeyd olunan işləri ərizəçinin soyadını, adını, atasının adını, ünvanını, sosial müavinətin, təqaüdün və kompensasiyanın növünü, məbləğini göstərməklə və reyestr jurnalında imzalamaqla, mühasibat uçotu sektorunun məsləhətçisinə təhvil verir (3 nömrəli əlavə). Həmin jurnal Şöbə üzrə vahid qaydada aparılır və onun qaytanlanması, səhifələrinin nömrələnməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. [4]

5.3. Müavinət, təqaüd və kompensasiyanın təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ vardır.

5.4. Mühasibat uçotu sektorunun məsləhətçisi tərəfindən müavinət işi üzrə şəxsi hesab (4 nömrəli əlavə) açılır, bank və ya poçt müəssisəsinə müavinət, təqaüd və kompensasiya ödəmək üçün tapşırıq vərəqələri (5 nömrəli əlavə) hazırlanır və Şöbənin direktoru tərəfindən təsdiq edildikdən sonra bank və ya poçt müəssisəsinə göndərilir. Ödəniş plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirildikdə isə bank müəssisəsinə plastik kartın hazırlanması üçün sifariş verilir.

 

  1. Müavinət, təqaüd və kompensasiya işlərinin qeydiyyatdan çıxarılması və qəbul edilməsi

 

6.1. Yaşayış yerini dəyişməklə əlaqədar müavinət, təqaüd və kompensasiya işinin qeydiyyatdan çıxarılması yeni yaşayış yeri üzrə Şöbənin sorğusu əsasında aparılır.[5]

6.2. Müavinət, təqaüd və kompensasiya alan şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə Şöbə tərəfindən müavinət, təqaüd və kompensasiya alanın haradan köçməsini göstərdiyi ərizəsi, yeni yaşayış yeri haqqında sənədlər (şəxsiyyət vəsiqəsi) əsasında onun əvvəllər qeydiyyatda olduğu Şöbəyə müavinət, təqaüd və kompensasiya işinin göndərilməsi üçün 3 (üç) iş günü müddətində sorğu göndərilir.

6.3. Müavinət, təqaüd və kompensasiya işinin əvvəllər qeydiyyatda olduğu Şöbə tərəfindən hərəkətdən çıxarılması Şöbənin direktorunun sərəncamı ilə həyata keçirilir. Hərəkətdən çıxarılan işə və şəxsi hesaba ödənildiyi müddət və ondan tutulmalar haqqında müvafiq qeydlər edilir. Hərəkətdən çıxarılan iş Şöbənin məsləhətçi, ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri, mühasibat uçotu sektorunun müdiri və Şöbənin direktoru tərəfindən imzalanaraq, Şöbənin möhürü ilə təsdiq edilir və ödənişin dayandırılması barədə ödəniş müəssisəsinə rəsmi məlumat verilir.

6.4. Şöbə tərəfindən 10 (on) gündən gec olmamaqla müavinət, təqaüd və kompensasiya işinin poçtla şəxsin yeni yaşayış yeri üzrə Şöbəyə göndərilməsi təmin edilir.

6.5. Yeni yaşayış yeri üzrə Şöbə tərəfindən müavinət, təqaüd və kompensasiya işi qəbul olunduqdan sonra Şöbənin direktorunun sərəncamı əsasında müavinət, təqaüd və kompensasiya ödənişi dayandırıldığı tarixdən bərpa olunur.

6.6. Müavinət təyin olunmuş şəxsə pensiya təyin olunduqda, iş üzrə ödəniş pensiya təyin edildiyi gündən dayandırılır və müavinət işi hərəkətdən çıxarılır. Müavinətdən tutulmalar olduqda, tutulmalar pensiyadan aparılır.[6]

6.7. Şəxsin vəfat etməsi ilə əlaqədar müavinət, təqaüd və kompensasiya işlərinin və şəxsi hesabların hərəkətdən çıxarılması Şöbənin mühasibat uçotu sektorunun məsləhətçisi tərəfindən hər ayın birinci həftəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrindən alınan siyahılar üzrə aparılır.

6.8. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayandırılması halları baş verdikdə, həmin halın yarandığı gündən etibarən müavinətin ödənişi dayandırılır.

6.9. Müavinət, təqaüd və kompensasiya işlərinin digər Şöbələrdən tələb edilməsi haqqında daxil olan sorğular, göndərilən müavinət, təqaüd və kompensasiya işlərinin qeydiyyatı Şöbənin kargüzarı tərəfindən ayrıca jurnalda aparılır. Bununla əlaqədar yazışmalar ayrıca qovluqda saxlanılır və Mərkəzin məsləhətçisi tərəfindən nəzarət edilir. [7]

 

  1. Müavinət, təqaüd və kompensasiya işlərinin saxlanılması

 

7.1. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizələrin qeydiyyatı jurnalı Şöbənin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdirində saxlanılır.

7.2. Məsləhətçi xidmət etdiyi ərazi üzrə hərəkətdə olan müavinət və təqaüd işlərinin növlər üzrə sayı barədə hər 6 (altı) aydan bir ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdirinə, mühasibat uçotu sektorunun məsləhətçisi isə xidmət etdiyi ərazi üzrə hərəkətdə olan şəxsi hesabların nömrə üzrə sayı və məbləği göstərilməklə mühasibat uçotu sektorunun müdirinə rəsmi məlumat verir. Sektor müdirləri alınan məlumatları 1 (bir) həftə müddətində ümumiləşdirib Şöbənin direktoruna birgə məruzə edirlər.

7.3. Müavinət, təqaüd və kompensasiya işləri nömrələnməklə növlər üzrə saxlanılır.

7.4. Sosial xidmət müəssisələrində yaşayan müavinət, təqaüd və kompensasiya alan şəxslərin müavinət, təqaüd və kompensasiya işləri sosial xidmət müəssisələrinin yerləşdiyi ərazi üzrə Şöbədə saxlanılır.

7.5. Hərəkətdən çıxarılan müavinət, təqaüd və kompensasiya işləri ödənişi davam etdirilən müavinət, təqaüd və kompensasiya işlərindən ayrı saxlanılır.

7.6. İldə ən azı bir dəfə Şöbənin direktorunun əmri əsasında Şöbədə müavinət, təqaüd və kompensasiya işlərinin inventarizasiyası (şəxsi hesablarla üzləşdirilməsi) aparılır. İnventarizasiya komissiyasının tərkibi əmrdə göstərilir. Komissiyanın tərkibinə Şöbənin ünvanlı sosial yardım və sosial müavinətlər və mühasibat uçotu sektorlarının müdirləri və həmin sektorların məsləhətçiləri daxil edilirlər.

7.7. İnventarizasiyanın nəticələri haqqında akt tərtib olunur və inventarizasiya komissiyasının üzvləri tərəfindən imzalanır. Aktda inventarizasiyanın aparıldığı tarix, inventarizasiyanı aparan şəxslərin soyadı, adı, atasının adı və aşkar olunmuş hər bir nöqsan qeyd edilir.

7.8. İnventarizasiya haqqında müavinət, təqaüd və kompensasiya işlərində qeyd aparılır, işin vərəqlərinin sayı, inventarizasiyanın aparılması tarixi göstərilir və Şöbənin möhürü ilə təsdiq edilir (6 nömrəli əlavə).

7.9. İnventarizasiyanın nəticələri haqqında ilin ilk ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məruzə təqdim olunur. [8]

7.10. Müavinət, təqaüd və kompensasiya işlərinin Şöbədə saxlanılmasına ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri və xidmət etdiyi ərazi üzrə məsləhətçilər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

7.11. Müavinət, təqaüd və kompensasiyanın təyin olunmasından imtina edilmiş şəxslərin işləri Şöbənin arxivində saxlanılır. Bu işlərə müavinət, təqaüd və kompensasiyanın təyin olunmasından imtina edilməsi barədə qərar və təqdim edilmiş sənədlərin surəti daxildir.

7.12. Müavinət, təqaüd və kompensasiyanın təyin olunmasından imtina edilməsi barədə qərarın surəti və təqdim edilmiş sənədlərin əsli ərizəçiyə geri qaytarılır.

7.13. Hərəkətdən çıxarılan müavinət, kompensasiya, təqaüd işləri və bununla əlaqədar digər sənədlər üzrə yazışmalar Şöbədə aşağıdakı müddətlərdə saxlanılır:

7.13.1. yaşa, əlilliyə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ailə başçısını itirməyə görə və dövlət qulluqçularına ömürlük müavinət, əmək zədəsinə görə müavinət, kompensasiya və Azərbaycan Respublikası Prezidentinin təqaüdünə aid işlər – 20 il;

7.13.2. digər müavinət işləri -10 il;

7.13.3. müavinət, təqaüd və kompensasiya işləri üzrə şəxsi hesablar – 10 il;

7.13.4. müavinət, təqaüd və kompensasiya təyin olunmasına dair rədd edilən müraciətlər – 10 il;

7.13.5. müavinət, təqaüd və kompensasiya təyinatına dair digər yazışmalar – 5 il.

 

 

 

  “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na

1 nömrəli əlavə [9]

   
  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun

____________________________________________

(şəhər, rayon şöbəsinə)

  sosial müavinətin, təqaüdün, kompensasiyanın təyin edilməsi barədə
 

ƏRİZƏ

 

___________________________________________________________ ünvanında yaşayan,

 

_____________________təvəllüdlü ______________________________________tərəfindən

                    (soyadı, adı, atasının adı)
Şəxsiyyət vəsiqəsi: seriya___________ nömrə ___________________________hansı orqan

 

tərəfindən verilib ________________________verilmə tarixi__________________________

    (gün, ay, il)
 

Xahiş edirəm mənə_____ görə sosial müavinət, təqaüd, kompensasiya təyin edəsiniz və təyin olunmuş sosial müavinəti, təqaüdü, kompensasiyanı ______filialına köçürəsiniz.

(lazım olanın altından xətt çəkməli) (bank, rabitə)  
   
Əvvəllər mənə ______________tərəfindən sosial müavinət, təqaüd, kompensasiya təyin
  (orqanın adı) (lazım olanın altından xətt çəkməli)
edilib, edilməyib.
   
Sosial müavinətin, təqaüdün, kompensasiyanın ödənişinin dayandırılmasına səbəb olacaq hallar barədə 5 (beş) gün müddətində Şöbəyə məlumat verməyi öhdəmə götürürəm.
   
Ərizəyə aşağıdakı sənədləri əlavə edirəm:
1.  
2.  
3.  
4.  
Tarix_______                                                         İmza________
_____________________________________________________________________________
(kəsmə xətti)
   
Qəbz-bildiriş:

 

Vətəndaş _________________________________ ərizə və ___ vərəqdə sənədlərini 20___ il ___ __________ tarixində ____________ nömrəsi ilə qəbul etdim.

 

Bildiriş qəbzini verən (göndərən) məsləhətçi ________________________________

   (soyadı, adı, atasının adı və imzası)

 

 

 

  “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na

2 nömrəli əlavə

 

Sosial müavinət, təqaüd və kompensasiyanın təyinatı üçün

ƏRİZƏLƏRİN QEYDİYYATI JURNALI

 

Sıra

-si

Ərizənin daxil olduğu tarix

(gün, ay, il)

Ərizəçinin soyadı, adı və atasının adı Ərizəçinin ünvanı Müavinətin, təqaüdün və kompensasiyanın növü Təqdim olunan sənədlərin adı Müavinət, təqaüd və kompensasiya təyinatı barədə Şəxsi işin və şəxsi hesabın nömrəsi Qeyd
müavinət, təqaüd və kompensasiya təyinatı barədə qərarın tarixi və nömrəsi təyinat müddəti (nə vaxtdan nə vaxtadək) müavinət, təqaüd və kompensasiya təyin olunan uşaqların sayı (nəfərlə) məbləğ
                       
                       
                       
                       
                       
                       
                       
                       
                       
                       
                       
                       
                       
                       
                       
                       
                       

 

 

 

  “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na

3 nömrəli əlavə

 

Sosial müavinət, təqaüd və kompensasiya işləri üzrə

REYESTR JURNALI

 

Sıra

-si

Soyadı, adı, atasının adı Yaşadığı ünvan Müavinət, təqaüd və kompensasiya təyin olunması barədə qərarın tarixi və nömrəsi Müavinətin, təqaüdün və kompensasiyanın məbləği İşin mühasibat uçotu sektoruna təhvil verilməsi tarixi və təhvil verənin imzası İşin mühasibat uçotu sektoruna təhvil verilməsi tarixi və qəbul edənin imzası Ödəniş müəssisəsi haqqında məlumat Şəxsi hesabın açılması tarixi və nömrəsi İşin ünvanlı sosial yardım və sosial müavinətlər sektoruna təhvil verilməsi tarixi və qəbul edənin imzası
      tarix nömrə   tarix imza tarix imza   tarix imza tarix imza
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             

 

 

 

ÜZ TƏRƏFİ “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na

4 nömrəli əlavə[10]

 

 

ARXA TƏRƏFİ  

 

 

 

ÜZ TƏRƏFİ “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na

5 nömrəli əlavə

 

 

ARXA TƏRƏFİ  

 

 

 

ÜZ TƏRƏFİ “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na

6 nömrəli əlavə[11]

 

 

ARXA TƏRƏFİ  

 

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

Qeydiyyatdan çıxma tarixi __________

__________________________________

əsas

Aylıq məbləği _______________manat

Sosial müavinət, təqaüd və kompensasiya

(növ üzrə altından xətt çəkməli)

________20____ il tarixədək ödənilib

 

Şöbə müdirinin imzası _____________

 

M.Y.

 

 

 

 

  “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na

7 nömrəli əlavə

 

Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı

 

  1. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növündən asılı olmayaraq, aşağıdakı sənədlər tələb olunur:

1.1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin yaşını, yaşayış yerini və ailə vəziyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsinin surəti, doğum haqqında şəhadətnamənin surəti, ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);

1.2. şəxsin (Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət, əmək zədəsi və ya peşə xəstəliyinə görə ödəncin əvəzinə müavinət, beşdən çox uşağı olan qadınlara müavinət, təqaüd və kompensasiya təyinatı istisna olmaqla) əmək pensiyası almaq hüququnun olmaması barədə yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin məlumatı; [12]

1.3. şəxsin işləyib-işləməməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı (təqaüdçülər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla) və ya məşğulluq orqanlarının məlumatı;

1.4. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.

  1. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:

2.1. çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün:

2.1.1. qadının 3 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

2.1.2. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

2.2. sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə müavinətin təyin edilməsi üçün:

2.2.1. qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

2.2.2. uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.2.3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

2.3. uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün:

2.3.1. atanın 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

2.3.2. ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarının surəti;

2.3.3. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

2.3.4. atanın növbəti nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

2.4. beşdən çox uşağı olan qadınlara müavinətin təyin edilməsi üçün:

2.4.1. uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti;

2.5. əlilliyə görə müavinətin təyin edilməsi üçün:

2.5.1. əlillik dərəcəsinin müddətini və səbəbini müəyyən edən tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.5.2. hərbi həkim komissiyasının qərarının surəti;

2.6. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin təyin edilməsi üçün:

2.6.1. uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.6.2. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

2.7. ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün:

2.7.1. ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti);

2.7.2. vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən valideynin və ya digər qanuni nümayəndəsinin (qəyyumu, himayəçisi) şəxsiyyətini təsdiq edən sənədin surəti;

2.7.3. vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarının təhsil alması barədə arayışı;

2.7.4. vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarının tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.8. şəhidin 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına müavinətin təyin edilməsi üçün:

2.8.1. şəhid statusunu təsdiq edən sənədin surəti;

2.8.2. şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti;

2.8.3. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

2.8.4. ümumtəhsil məktəblərində təhsilalma haqqında arayış;

2.9. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına müavinətin təyin edilməsi üçün:

2.9.1. şəxsin müddətli həqiqi hərbi xidmətdə olmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı;

2.9.2. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

2.9.3. ümumtəhsil məktəblərində təhsilalma haqqında arayış;

2.10. müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) çatmamış uşaqlarına müavinətin təyin edilməsi üçün:

2.10.1. şəxsin müharibə əlili və ya 20 Yanvar hadisələri zamanı əlil olmasını təsdiq edən tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.10.2. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

2.10.3. ümumtəhsil məktəblərində təhsilalma haqqında arayış;

2.11. Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin dispanser qeydiyyatında olan uşaqlarına müavinətin təyin edilməsi üçün:

2.11.1. şəxsin Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmasını təsdiq edən tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış və ya ölüm haqqında şəhadətnaməsinin surəti;

2.11.2. ÇernobılAES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin uşaqlarının dispanser qeydiyyatında olması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi;

2.11.3. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

2.11.4. ümumtəhsil məktəblərində təhsilalma haqqında arayış;

2.12. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün:

2.12.1. valideynlərin ölüm haqqında şəhadətnamələrinin surəti;

2.12.2. valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti;

2.12.3. uşağın tam dövlət təminatında olmaması haqqında sosial xidmət müəssisəsinin arayışı;

2.12.4. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

2.12.5. qəyyumluğu (himayəçiliyi) təsdiq edən sənəd;

2.13. aztəminatlı ailələrin 1 yaşınadək uşaqlarına müavinətin təyin edilməsi üçün:

2.13.1. ünvanlı dövlət sosial yardımı almaq hüququnun olması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon şöbəsinin məlumatı;

2.13.2. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

2.14. radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinətin təyin edilməsi üçün:

2.14.1. şəxsin radiasiya (Çernobıl AES) qəzasının ləğvində iştirak etməsini və həmin qəzadan zərər çəkməsini təsdiq edən əlillik haqqında tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.14.2. Çernobıl AES qəzası iştirakçılarının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağının tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.14.3. Çernobıl AES qəzasının ləğvində iştirak etmiş şəxslərin qəzadan sonra doğulmuş uşaqlarının sağlamlıq imkanlarının məhdudluğunun qəza ilə əlaqədar olmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi;

2.15. uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi üçün:

2.15.1. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

2.15.2. uşağın doğum haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

2.15.3. uşağın valideynlərinin məcburi dövlət sosial sığorta ödəyicisi olmaması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

2.16. dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün:

2.16.1. müavinət alan şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti;

2.16.2. dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

2.16.3. müavinət alan şəxsin dəfnini təşkil edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

2.16.4. dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

2.17. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün:

2.17.1. cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti;

2.18. özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinətin təyin edilməsi üçün:

2.18.1. istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və ya peşə xəstəliyinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun arayışı və işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarının surəti;

2.18.2. işçinin peşə əmək qabiliyyətinin itirilmə faizi barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.18.3. aylıq ödəncin hansı tarixədək ödənilməsini təsdiq edən sənəd;

2.18.4. həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi üçün işçinin ölüm haqqında şəhadətnaməsi, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilən şəxs olmasını təsdiq edən sənədlər (şəxsin həlak olan işçi ilə qohumluğunu təsdiq edən doğum və nikah haqqında şəhadətnamələrinin surəti);

2.19. Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın təyin edilməsi üçün:

2.19.1. istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və ya işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarının surəti;

2.19.2. işçinin əlilliyinin səbəbi və peşə əmək qabiliyyətinin itirilmə faizi barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.19.3. istehsalatda baş vermiş bədbəxt hadisə zamanı həlak olmuş işçinin ölüm haqqında şəhadətnaməsinin surəti;

2.19.4. aylıq ödəncin məbləği barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

2.19.5. kompensasiya təyinatı üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilən şəxs olmasını təsdiq edən sənədlər (şəxsin həlak olan işçi ilə qohumluğunu təsdiq edən doğum və nikah haqqında şəhadətnamələrinin surəti);

2.20. dövlət qulluqçularına ömürlük müavinətin təyin edilməsi üçün:

2.20.1. dövlət qulluqçusunun pensiya yaşına çatmasına və ya əlilliyinə görə dövlət qulluğundan könüllü işdən çıxmasını təsdiq edən əmək kitabçasının surəti;

2.20.2. əlilliyə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxdıqda, dövlət qulluqçusunun əlilliyi və ya sağlamlıq imkanlarının məhdudluğu barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.20.3. dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı;

2.21. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün:

2.21.1. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

2.21.2. valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti;

2.22. müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün:

2.22.1. müharibə veteranı vəsiqəsinin surəti;

2.22.2. əmək pensiyasına hüququnun olmaması barədə yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

2.23. şəhid ailəsinin üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün:

2.23.1. şəhid statusunu təsdiq edən sənədin surəti;

2.23.2. şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti;

2.23.3. şəhidlə qohumluğunu təsdiq edən sənədlər (şəxsin doğum və nikah haqqında şəhadətnamələrinin surəti);

2.23.4. əmək pensiyasına hüququnun olmaması barədə yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

2.24. müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:

2.24.1. əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.24.2. Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulanların müharibə əlilliyi vəsiqəsinin surəti;

2.25. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:

2.25.1. Böyük Vətən müharibəsi iştirakçısı vəsiqəsinin surəti və ya Böyük Vətən müharibəsi iştirakçısı olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin arayışı;

2.26. 20 Yanvar hadisələri ilə əlaqədar əlil olanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:

2.26.1. əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.27. 20 Yanvar şəhidinin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:

2.27.1. “20 Yanvar şəhidi” fəxri adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti;

2.27.2. şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti;

2.27.3. təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin şəhidlə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti);

2.27.4. şəhidin dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

2.28. şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:

2.28.1. şəhid statusunu təsdiq edən sənədin surəti;

2.28.2. şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti;

2.28.3. təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin şəhidlə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti);

2.28.4. şəhidin dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

2.29. Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:

2.29.1. Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının və ya Sərəncamının surəti;

2.29.2. Azərbaycan Respublikasının Milli Qəhrəmanının ölüm haqqında şəhadətnaməsinin surəti;

2.29.3. təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin Azərbaycan Respublikasının Milli Qəhrəmanı ilə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti);

2.29.4. Azərbaycanın Milli Qəhrəmanının dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

2.30. fəxri adlara görə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün təyin edilməsi üçün:

2.30.1. fəxri adla təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının və ya Sərəncamının surəti;

2.30.2. şəxsin işləyib-işləməməsi barədə arayış (işlədiyi qurumun büdcədən maliyyələşdirilməsi göstərilməklə);

2.31. əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə, I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:

2.31.1. əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;

2.32. Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:

2.32.1. Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin arayışı;

2.32.2. Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçunun ölüm haqqında şəhadətnaməsinin surəti;

2.32.3. Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilməsi barədə məhkəmənin qərarının surəti;

2.32.4. təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilmiş hərbi qulluqçu ilə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti);

2.32.5. Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilmiş hərbi qulluqçunun dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı.

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343)
  2. 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.1-ci bənddə “Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri (bundan sonra — Mərkəz)” sözləri “Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri (bundan sonra — Şöbə)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.1.1-ci yarımbənddə, 3.1-ci, 4.1–4.3-cü, 4.6-cı, 5.1-ci (hər dörd halda), 5.2-ci (hər iki halda), 5.4-cü, 6.2-ci (hər iki halda), 6.3-cü (hər beş halda), 6.4-cü (hər iki halda), 6.5-ci (hər iki halda), 6.7-ci, 7.1-ci, 7.2-ci, 7.4-cü, 7.6-cı (hər üç halda), 7.8-ci, 7.10-cu, 7.11-ci, 7.13-cü bəndlərdə ismin müvafiq hallarında “Mərkəz” sözü ismin müvafiq hallarında “Şöbə” sözü ilə əvəz edilmişdir.

 

[3] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.7-ci bənddə “Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinə” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına” sözləri ilə əvəz edilmişdir.

 

28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.7-ci bənddə “Mərkəzə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına” sözləri “Şöbəyə” sözü ilə əvəz edilmişdir.

 

[4] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 5.2-ci bəndin ikinci cümləsində “Dövlət Sosial Təminat Xidməti” sözləri “Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilmişdir.

 

[5] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 6.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

6.1. Yaşayış yerini dəyişməklə və ya pensiya təyin olunmaqla əlaqədar müavinət, təqaüd və kompensasiya işinin qeydiyyatdan çıxarılması yeni yaşayış yeri üzrə Mərkəzin və yaxud pensiya təyin edən orqanın sorğusu əsasında aparılır.

 

[6] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 6.6-cı bənddə “Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına” sözləri ilə əvəz edilmişdir.

 

28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 6.6-cı bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

6.6. Müavinət təyin olunmuş şəxsə pensiya təyin olunduqda, iş üzrə ödəniş pensiya təyin edildiyi gündən dayandırılır və müavinət işi qeydiyyatdan çıxarılaraq müavinətdən tutulmalar olduqda, tutulmalara dair icra vərəqələri ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına göndərilir. Sənədlərin surəti və göndərilmə qəbzi Mərkəzdə saxlanılır. İcra vərəqələrinin göndərilməsi haqqında icra qurumunun rəhbərinə və icra sənədini vermiş məhkəməyə və ya digər orqana məlumat verilir.

 

[7] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 6.9-cu bəndin birinci cümləsində “Dövlət Sosial Müdafiə Fondunun orqanlarından” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarından” sözləri ilə əvəz edilmişdir.

 

28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 6.9-cu bənddə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarından və digər Mərkəzlərdən tələb edilməsi haqqında daxil olan sorğular, göndərilən müavinət, təqaüd və kompensasiya işlərinin qeydiyyatı Mərkəzin” sözləri “digər Şöbələrdən tələb edilməsi haqqında daxil olan sorğular, göndərilən müavinət, təqaüd və kompensasiya işlərinin qeydiyyatı Şöbənin” sözləri ilə əvəz edilmişdir.

 

[8] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7.9-cu bənddə “Dövlət Sosial Təminat Xidmətinə” sözləri “Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilmişdir.

 

[9] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavə – “Ərizə” formasına “Azərbaycan Respublikasının” sözlərindən sonra “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri əlavə edilmişdir və həmin formada “(şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzinə)” sözləri “(şəhər, rayon şöbəsinə)” sözləri ilə, “Mərkəzə” sözü “Şöbəyə” sözü ilə əvəz edilmişdir.

 

[10] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 4 nömrəli əlavədə “ƏSMM-in direktoru” sözləri “DSMF-nin şəhər, rayon şöbəsinin müdiri” sözləri ilə əvəz edilmişdir.

 

28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 4 və 5 nömrəli əlavələrdə “ƏSMM-in” sözü “DSMF-nin şəhər, rayon şöbəsinin” sözləri ilə, “Direktor” sözü “Şöbə müdiri” sözləri ilə əvəz  edilmişdir.

 

[11] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 6 nömrəli əlavədə “Əhalinin sosial müdafiəsi mərkəzinin” sözləri “Şəhər, rayon şöbəsinin” sözləri ilə, “şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzi” sözləri “şəhər, rayon şöbəsi” sözləri ilə, “Direktorun” sözü “Şöbə müdirinin” sözləri ilə əvəz edilmişdir.

 

[12] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavə – “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nın 1.2-ci bəndində, 2.15.3-cü, 2.19.4-cü, 2.22.2-ci və 2.23.4-cü yarımbəndlərində “Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinin” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının” sözləri ilə əvəz edilmişdir.

 

28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264) ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavə – “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nın 1.2-ci bəndində, 2.15.3-cü, 2.19.4-cü, 2.22.2-ci və 2.23.4-cü yarımbəndlərində “yerli orqanlarının” sözləri “şəhər, rayon şöbəsinin” sözləri ilə, 2.13.1-ci yarımbəndində “Dövlət Sosial Təminat Xidmətinin müvafiq şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzinin” sözləri “Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon şöbəsinin” sözləri ilə əvəz edilmişdir.

 

Updated: 05 Mart 2017 — 13:36