“Hüquq və İnkişaf” İB tərəfindən Avropa Məhkəməsinə göndərilmiş seçki şikayətlərinin daha 8-i barəsində qərar qəbul edilib.

13.04.2017-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il Parlament seçkiləri üzrə “Aslan İsmayilov və digərləri (11 ərizəçi) Azərbaycana qarşı” və “Arzu Səmədbəyli və digərləri (9 ərizəçi) Azərbaycana qarşı” qərarlarını elan edib.

“Aslan İsmayilov və digərləri (11 ərizəçi) Azərbaycana qarşı” işdəki aşağıdakı 8 ərizəçi “Hüquq və İnkişaf” İctimai Birliyi tərəfindən müdafiə edilib: Bəxtiyar Hacıyev Azərbaycana qarşı (Ərizə nömrəsi: 29604/11), Ilham Huseynli Azərbaycana qarşı (Ərizə nömrəsi: 37554/11), İmanli Azərbaycana qarşı (Ərizə nömrəsi: 36227/11), Bayramli Azərbaycana qarşı (Ərizə nömrəsi: 36070/11), Nemət Əliyev Azərbaycana qarşı (Ərizə nömrəsi: 36209/11), Yahyayev Azərbaycana qarşı (Ərizə nömrəsi: 31944/11), Hüseynli Azərbaycana qarşı (Ərizə nömrəsi: 29615/11), Sahib Kərimli Azərbaycana qarşı (Ərizə nömrəsi: 36230/11).

Məhkəmə hər iki qərarda “Əsas İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 3-cü maddəsinin (seçki hüququ) pozuntusunu tanımış, Konvensiyanın 14-cü maddəsi (ayrı-seçkiliyin qadağan olunması) üzrə araşdırma aparmağa ehtiyac olmadığını bildirmişdir. Məhkəmə 2010-cu il Parlament seçkiləri üzrə 22 Ərizəçinin seçki hüququn pozulmasını təsdiq etmişdir və hər bir ərizəçiyə mənəvi zərərə görə 10.000 Avro, məhkəmə məsrəflərinə görə 1 000 Avro kompensasiya müəyyən edilmişdir. Bununla da Məhkəmə Azərbaycan hökümətini cəmi 242 min Avro məbləğində cərimələmişdir.

Qeyd edək ki, bundan əvvəl “Hüquq və İnkişaf” İctimai Birliyi tərəfindən göndərilmiş 9 seçki şikayəti üzrə müsbət qərarlar qəbul edilib. Beləliklə də, 2010-cu il Parlament seçkiləri üzrə Avropa Məhkəməsinə göndərdiyimiz 17 iş üzrə müsbət qərar qəbul edilib

Updated: 08 İyul 2018 — 17:26