Salyan və Şirvan şəhərlərində “Sosial hüquqlar və onun hüquqi müdafiəsi” mövzusunda təlim keçirilib.

“Hüquq və İnkişaf” İctimai Birliyi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən “Azərbaycanda sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi” layihəsi üzrə Salyan və Şirvan şəhərlərində “Sosial hüquqlar və onun hüquqi müdafiəsi” mövzusunda təlim keçirib.

Gununsesi.info bildirir ki, təlimlərdə vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri, sosial sahədə çalışan yerli dövlət qurumlarının təmsiçiləri və ictimai fəal şəxslər iştirak edib.
Təlimdə “Hüquq və İnkişaf” İB-nin sədri Hafiz Həsənov və hüquqşünası Azər Qasımov “Sosial hüquqlar nədir? Sosial huquqlara dair beynalxalq standartlar və milli qanunvericilik” və “Sosial hüquqların inzibati və məhkəmə müdafiəsi. Konstitusiya Məhkəməsinə və Avropa Məhkəməsinə müraciətlər” mövzularında təqdimatlar ediblər.

Məruzələrdən sonra suallar cavablandırılıb və məruzələr üzrə müzakirələr aparılıb.

Updated: 08 İyul 2018 — 17:26