Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Q A Y D A L A R I

Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seç- ki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim edilmiş imza vərəqələrində və digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 53-cü, 54-cü, 56-cı, 57-ci, 58-ci, 59-cu, 60-cı, 180-ci, 181-ci, 182-ci maddələri ilə və bu Qaydalarla tənzimlənir. 1. Ümumi müddəalar 1.1. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 40 gündən az vaxt qalmışsa, ən geci 1 gün müddətində yoxlamanın nəticələri barədə Mərkəzi Seçki Komissiyası- na məlumat verməlidirlər. Mərkəzi Seçki Komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına Mərkəzi Seçki Komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onlar imza vərəqələrində olan mə- lumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər. 1.2. İmza vərəqələri yoxlanılarkən Mərkəzi Seçki Komissiyası namizədləri, onların səlahiyyətli nümayəndələrini, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrini Seçki Məcəlləsinin 59.3-cü maddəsinin tələbinə uyğun olaraq məlumatlandırır və onların iştirakını təmin edir. 1.3. İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmir. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir (Seçki Məcəlləsinin 59.4-cü maddəsi). 1.4. İmza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim edilənədək, namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozuntu haqqında müvafiq qeydlər aparılsın (Seçki Məcəlləsinin 59.5-ci maddəsi).

1.5. İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər 3 imzalar isə qeyri-düzgün sayılır (Seçki Məcəlləsinin 59.6-cı maddəsi). 1.6. Seçki Məcəlləsinin 59.6-cı maddəsində göstərilənlərlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir (Seçki Məcəlləsinin 59.7-ci maddəsi): 1.6.1. müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yerli qurumlarının) arayışı, yaxud Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları (Seçki Məcəlləsinin 59.7.1-ci maddəsi); 1.6.2. namizəd irəli sürülməsi haqqında Mərkəzi Seçki Komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları (Seçki Məcəlləsinin 59.7.2-ci maddəsi); 1.6.3. Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar (Seçki Məcəlləsinin 59.7.3-cü maddəsi); 1.6.4. müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar (Seçki Məcəlləsinin 59.7.4-cü maddəsi); 1.6.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar (Seçki Məcəlləsinin 59.7.5-ci maddəsi). 1.7. İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin dü- zəlişləri təsdiqləmiş olsunlar (Seçki Məcəlləsinin 59.8-ci maddəsi). 1.8. İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır (Seçki Məcəlləsinin 59.9-cu maddəsi). 1.9. Seçki Məcəlləsinin 59.6 – 59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz (Seçki Məcəlləsinin 59.11-ci maddəsi). 1.10. Seçki Məcəlləsinin 59.6 – 59.10-cu və 181-ci maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır (Seçki Məcəlləsinin 59.12-ci maddəsi). 1.11. Hər bir prezidentliyə namizədin imza vərəqə- lərinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri – Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla, etibarsız sayılmış imzaların sayı göstərilir (Qaydalara 2 saylı əlavə). Protokol Mərkəzi Seçki Komissiyasının müvafiq qərarına qoşulur. 1.12. Protokolun surəti namizədin qeydə alınması mə- sələsinə baxan Mərkəzi Seçki Komissiyası iclasının baş- lanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə, müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə  cədvəlin surətini də almaq hüququna malikdir (Seçki Məcəlləsinin 59.13-cü maddəsi). 1.13. Namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması bu sənədə əlavə edilmiş cədvəl üzrə (Qaydalara 1 saylı əlavə) aparı- lır.1111

Updated: 22 Mart 2018 — 17:47