“Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi üzrə tədbir

“Hüquq və İnkişaf” İctimai Birliyi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən “Azərbaycanda sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi” layihəsi üzrə Gəncə şəhərində “Sosial hüquqlar və onun hüquqi müdafiəsi” mövzusunda təlim keçirib. Təlimdə “Sosial hüquqlar nədir? Sosial huquqlara dair beynalxalq standartlar və milli qanunvericilik” və “Sosial hüquqların inzibati və məhkəmə müdafiəsi. Konstitusiya Məhkəməsinə və Avropa Məhkəməsinə müraciətlər” mövzuları üzrə məruzələr edilib və müzakirələr aparılıb. Təlimdə yerli QHT təmsilçiləri, hüquqşünaslar, sosial sahədə çalışan bir sıra dövlət orqanlarının nümayəndələri iştirak edib.

Updated: 26 Oktyabr 2017 — 18:41