Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında T Ə L İ M A T

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli 11/53-2 saylı Qərarı ilə təsdiq edilmiş, 23 iyul 2010-cu il tarixli 15/58-6 saylı, 19 oktyabr 2012-ci il tarixli 5/16 saylı, 18 iyun 2013-cü il tarixli 6/60 saylı və 31 avqust 2015-ci il tarixli 14/106 saylı Qərarları ilə dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında T Ə L İ M A T Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin tələblərini rəhbər tutmaqla Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalarını müəyyən edir. Şikayətlərin verilməsinə dair ümumi tələblər 1. Vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayətvermə qaydası, müddəti və şikayətin forması 1.1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş şikayətlər vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində verilə bilər. Şikayət bir qayda olaraq yazılı verilir. Onun yazılı şəkildə verilməsi mümkün deyilsə, müstəsna hallarda şifahi, telefonla və ya elektron poçt vasitəsilə verilə bilər. 1.2. Şikayətin verilmə müddətinin axını şikayətin verilməsi üçün hüququn əldə edilməsi anından (yəni vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən) başlanır və şikayətin poçta və ya istənilən komissiyaya verilməsi anında bitir. 1.3. Məntəqə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən), məntəqə seçki komissiyaları sədrlərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlər müvafiq dairə seçki komissiyasına təqdim edilir. 1.4. Dairə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən), dairə seçki komissiyaları sədrlərinin hərəkətlərindən
2
(hərəkətsizliklərindən) şikayətlər, həmçinin bir neçə seçki dairəsini əhatə edən (o cümlədən seçkiqabağı təşviqat qaydalarının pozulması ilə bağlı) şikayətlər Mərkəzi Seçki Komissiyasına təqdim edilir. 1.5. Müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) bu Təlimatın 1.1-ci və 1.4-cü bəndlərində göstərilən qaydada və müddətdə şikayət verilə bilər. 1.6. Əgər dairə seçki komissiyasında şikayətə baxılma ilə əlaqədar hüquqpozma baş verərsə (o cümlədən dairə seçki komissiyası şikayətə baxmaqdan əsassız olaraq imtina edərsə), Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyasının və onun ekspert qrupunun müvafiq vəzifəli şəxsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində tədbirlər görür. 1.7. Mərkəzi Seçki Komissiyasının qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən), Mərkəzi Seçki Komissiyası sədrinin hərəkətlərindən (hərəkətsizliyindən) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.2-ci və 130.1-ci maddələrinə əsasən müvafiq apellyasiya instansiyası məhkəməsinə şikayət ərizəsi verilə bilər. 2. Şikayətlərə dair ümumi tələblər 2.1. Dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına yazılı olaraq təqdim edilən şikayət aşağıdakı məzmunda olmalıdır: 2.1.1. şikayətin ünvanlandığı seçki komissiyası; 2.1.2. şikayətçi (və şikayətə baxılması haqqında bildirişin göndərilməsi üçün ünvan); 2.1.3 şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik; 2.1.4. əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyası və ya dövlət orqanı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir; 2.1.5. əgər bu hərəkətdirsə, məlum qanunsuz hərəkəti etmiş şəxs qeyd olunmalı, hərəkətin məzmunu, onun törədildiyi yer və vaxt aydın şəkildə göstərilməlidir (qanunsuz hərəkət şəxsin və ya orqanın qanunla etməli olmadığı hərəkəti etməsidir); 2.1.6. əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanı və ya şəxsi qeyd etməlidir (qanunsuz hərəkətsizlik şəxsin və ya orqanın qanunla etməli olduğu hərəkəti etməməsidir); 2.1.7. şikayət üçün əsas: Seçki Məcəlləsinin, digər qanunvericilik və normativ aktların pozulmasının güman edilməsi (mümkündürsə, qanunun konkret müddəasına istinad edilməlidir); 2.1.8. güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı; 2.1.9. şikayətçinin tələbi.
3
2. 2. Şikayətçi tarix qoymaqla həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyaların bloku tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə, səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır. 2.3. Şikayətçi öz ərizəsində şikayətin araşdırılmasında (iclasda) iştirak etmək niyyətində olub-olmadığını da bildirməlidir. 2.4. Şikayətin şifahi və yazılı formada edilməsindən asılı olmayaraq onu qəbul edən seçki komissiyasının səlahiyyətlisi yuxarıda qeyd olunan bütün tələblərin orada öz əksini tapmasına əmin olmalıdır. 2.5. Əgər şikayətdə bu Təlimatın 2-ci bəndindəki nəzərdə tutulmuş şərtlərdən hər hansı biri yoxdursa və bu səbəbdən tələb aydın deyilsə, şikayət, onu göndərən şəxsə geri qaytarılır. 2.6. Müvafiq seçki komissiyalarına təqdim edilmiş anonim şikayətlərə baxılmır və onlar daxil olduqdan sonra işə alınır. 2.7. Şikayətin baxılması komissiyanın səlahiyyətlərinə aid olduqda verilmiş şikayətin qəbul olunmasından və ya araşdırılmasından imtina edilməsi və ya şikayəti şifahi qəbul edən zaman bu Təlimatın 2-ci bəndində göstərilən tələblərin qeyd olunmaması Seçki Məcəlləsinin 115-ci maddəsində göstərildiyi kimi məsuliyyət yarada bilər. 3. Dairə seçki komissiyasında və Mərkəzi Seçki Komissiyasında şikayətlərin qeydə alınması qaydası 3.1. Müvafiq seçki komissiyaları qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbuletmə tarixi və ardıcıl olaraq qeydiyyat nömrəsi göstərilməklə qeydiyyatını aparmalıdır (bu Təlimata 2 və 2a saylı əlavələr). 3.2. Seçki komissiyalarına daxil olan şikayətlərin qeydiyyatı seçki komissiyalarının katibliyi vasitəsilə həyata keçirilir. Şikayət ekspert qrupunun üzvünə şəxsən təqdim edilərsə, o, şikayətin qeydiyyatı və şikayətçiyə qəbz verilməsi üçün katibliyə təqdim edilməlidir. 3.3. Şikayət şifahi olaraq bildirildikdə, o, seçki komissiyası katibliyinin əməkdaşı və ya ekspert qrupunun üzvü tərəfindən bu Təlimatın 2-ci bəndində göstərilən bütün məlumatlar əks etdirilməklə qeydə alınır. 3.4. Müvafiq seçki komissiyasına telefon və ya internet vasitəsilə müraciət edilərsə, müraciət edən şəxsə onun hüquqları izah edilir, mümkün olarsa, müraciət dərhal cavablandırılır. 4. Seçki komissiyalarının müraciət və şikayətləri qəbul edərkən əsas tutmalı olduqları tələblər 4.1. Müvafiq seçki komissiyasının səlahiyyətinə aid olan hallar aşağıdakı tələblərə məcmu halında cavab verməlidir: 4.1.1. şikayətlər və müraciətlər hüququ olan şəxs tərəfindən (Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər,siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi
4
partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir; 4.1.2. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyinin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır; 4.1.3. tələbin ünvanlandığı səlahiyyətli komissiya tərəfindən həmin məsələ ilə bağlı əvvəlcədən qərar qəbul edilməmiş olmalıdır; 4.1.4. müraciət və şikayətlər Seçki Məcəlləsinə görə, məsələnin mahiyyəti üzrə qərar qəbuletmə səlahiyyəti olan seçki komissiyasına təqdim edilməlidir; 4.1.5. tələbin mahiyyəti üzrə baxılıb təmin edilməsi bilavasitə həmin komissiya tərəfindən mümkün olmalıdır. 4.2. Seçki komissiyaları öz səlahiyyətlərinə aid olmayan müraciət və şikayətlərə mahiyyəti üzrə baxıb təmin və ya rəddetmə barədə qərar qəbul edə bilməzlər. Bu halda şikayətlə bağlı aiddiyəti üzrə göndərmə barədə qərar qəbul edilməlidir. DAİRƏ SEÇKİ KOMİSSİYASINDA VƏ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA EKSPERT QRUPLARI 5. Ekspert qruplarının yaradılması qaydası və tərkibi. Ekspert qrupunun əlaqələndiricisi (koordinatoru) 5.1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən, dairə seçki komissiyası nəzdində isə 3 nəfərdən ibarət ekspert qrupları müvafiq seçki komissiyasının qərarı ilə hər seçki (referendum) dövrü üçün səsvermə gününə azı 60 gün qalmış yaradılır. 5.2. Ekspert qrupu üzvlərinin təyinatı zamanı onların peşəkarlığı, o cümlədən faktiki və hüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində iş təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə ictimai inamın yüksək olması meyarları əsas götürülür. Qrupa bu meyarlara cavab verən müvafiq seçki komissiyası katibliyinin əməkdaşları, habelə hüquqşünas olmayan komissiya üzvləri daxil edilir. Ekspert qrupunun tərkibinə komissiyanın hüququşünas üzvlərinin də daxil edilməsi mümkündür. Ekspert qrupunun üzvü seçki komissiyası katibliyinin əməkdaşıdırsa, həmin şəxs araşdırma apardıqda ona katiblik çərçivəsində digər tapşırıq verilə bilməz. 5.3. Fövqəladə hallar istisna olmaqla, müvafiq seçki komissiyası, seçki müddətinin davam etdiyi təqdirdə və ya müvafiq dairələrdə seçkilərlə bağlı şikayətlər öz həllini tapmamışdırsa, ekspert qrupunun üzvünü işdən azad edə bilməz. 5.4. Ekspert qrupunun yaradılması və tərkibi haqqında qərar qəbul edildikdən sonra 24 saat ərzində dərc edilir.
5
5.5. Ekspert qrupunun səlahiyyət müddəti onun yaradılması haqqında seçki komissiyası qərarının verildiyi gündən başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gün başa çatır. 5.6. Şikayətlərin araşdırılması zamanı ekspert qrupunun üzvü müstəqildir və yalnız qanuna tabedir. 5.7. Ekspert qrupunun üzvləri seçki komissiyaları tərəfindən müvafiq şəraitlə təmin edilirlər. 5.8. Ekspert qrupu yaradıldıqdan sonra seçki komissiyasının katibi həm də qrupun əlaqələndiricisi (koordinatoru) kimi fəaliyyət göstərməyə başlayır. Koordinator ekspert qrupuna daxil deyil və onun işinin təşkilinə yardım və fəaliyyətinin qanunauyğunluğuna diqqət yetirir. Müvafiq seçki komissiyasının katibi obyektiv səbəbdən koordinatorluq funksiyalarını yerinə yetirə bilmədikdə, həmin fəaliyyəti komissiya katibinin tapşırığı əsasında ekspertlərdən biri həyata keçirir. 5.9. Ekspert qrupu koordinatorunun səlahiyyətləri aşağıdakılardan ibarətdir: 5.9.1. ekspert qrupunun üzvləri arasında iş bölgüsünə dair mütəmadi olaraq məlumat almaq; 5.9.2. ekspert qrupunun üzvləri arasındakı iş bölgüsünə müvafiq olaraq, onlar tərəfindən şikayətlərin araşdırılması vəziyyəti, müddəti və ona dair digər məsələlərlə bağlı müntəzəm məlumat əldə etmək; 5.9.3. konkret şikayətin araşdırılması üçün digər ekspertlərin də işə cəlb edilməsinə zərurət yarandıqda, şikayəti araşdıran qrup üzvünün müraciəti, yaxud öz təşəbbüsü əsasında digər qrup üzvlərini də bu araşdırmaya cəlb etmək; 5.9.4. zərurət olduqda ekspert qrupu üzvlərinin iclaslarını çağırmaq və şikayətlərin araşdırılması vəziyyətini onlarla müzakirə etmək; 5.9.5. ekspert qrupunun səmərəli fəaliyyət göstərməsi məqsədilə zəruri təşkilati və digər tədbirlər görmək; 5.9.6. ekspert rəylərinin və komissiya qərarları layihələrinin qanunauyğun tərtib edilməsi üzərində nəzarəti həyata keçirmək; 5.9.7. araşdırma müddətlərinə müvafiq olaraq konkret şikayətin, yaxud bütövlükdə şikayətlərin komissiyanın iclaslarına çıxarılmasına dair vaxt cədvəllərini komissiyanın sədri ilə müzakirə etmək. 6. Ekspert qrupu üzvlərinin səlahiyyətləri 6.1. Ekspert qrupu üzvlərinin aşağıdakı səlahiyyətləri vardır: 6.1.1. şikayət üzrə əlavə məlumat tələb etmək; 6.1.2. öz sorğu-sual və araşdırmasını aparmaq; 6.1.3. əlavə məlumat almaq üçün komissiyanın sədri vasitəsilə dövlət orqanlarına müraciət etmək; 6.1.4. zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, qeydlər, yazılı materiallar və s.);
6
6.1.5. zərurət olarsa, komissiyanın (komissiya üzvlərinin) və katiblik əməkdaşlarının köməyindən istifadə etmək; 6.1.6. tələb olunarsa, şikayətin araşdırılması üçün qanunla nəzərdə tutulan digər tədbirlər görmək; 6.1.7. şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy və qərar layihələrini təqdim etmək. 7. Şikayətlərin araşdırılması üzrə ekspert qrupu üzvlərinin iş qaydası 7.1. Seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir. 7.2. Şikayətin ilkin olaraq nəzərdən keçirilməsi zamanı onun həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətlərinə aid olduğu müəyyən edilmişdirsə, ekspert qrupunun üzvü öz rəyində seçki komissiyasına həmin şikayətə mahiyyəti üzrə baxmağı, komissiyanın səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı, digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsini təklif etməlidir. 7.3. Seçki komissiyasına seçki subyektləri tərəfindən seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olduqda, araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid olan hissədə tədbirlər görülməsi, şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edilməsi üçün seçki komissiyasına rəy verməlidir (məlumata şikayətin surəti əlavə edilməlidir). 7.4. Dairə seçki komissiyasının ekspert qrupunun üzvü şikayəti araşdırarkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, müvafiq seçki komissiyasına öz səlahiyyətlərinə aid olan hissədə Seçki Məcəlləsi ilə müəyyən edilmiş hərəkətlərin edilməsini tövsiyə etməklə yanaşı, həmin məsələ ilə əlaqədar rəy verilməsi üçün şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsinə dair rəy verməlidir. Seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olduqda isə, həmin şikayətin dairə seçki komissiyası tərəfindın dərhal müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy verir. 7.5. Mərkəzi Seçki Komissiyasının ekspert qrupunun üzvü şikayəti araşdırarkən, əlavə olaraq aşağıdakı tələblərə də riayət etməlidir: 7.5.1. seçki komissiyalarının hərəkətləri (hərəkətsizlikləri) və qərarları ilə əlaqədar olmayan seçkilərlə bağlı digər orqanların və ya vəzifəli şəxslərin
7
qeyri-qanuni hərəkətlərinə aid şikayətlərlə əlaqədar Seçki Məcəlləsinin 60.6-cı, 68.5-ci, 87.9-cu, 88.7-ci, 88.8-ci, 113-cü, 115-ci və 116-cı maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul edilməsi üçün rəy verməlidir; 7.5.2. seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olursa, həmin şikayətin Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy verir; 7.5.3. dairə seçki komissiyasından daxil olmuş şikayətə baxılarkən şikayətdə göstərilmiş qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün rəy verir; 7.5.4. Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayətdə bu Təlimatın 7.5.3-cü bəndində göstərilən əlamətlər və digər qanun pozuntuları aşkar edilmədikdə, şikayətin işə alınması haqqında rəy tərtib olunur. 7.6. Şikayətin ekspert tərəfindən araşdırılması prosesində şikayətçinin yeni sənədlər və digər dəlillər təqdim etmək hüququ vardır. Ekspert şikayəti araşdırmaq üçün qəbul etdikdən sonra şəxsən, telefon və ya poçt vasitəsilə, onun şikayətinin araşdırılmağa başlandığı və bununla bağlı yeni dəlillər təqdim etmək hüququ izah edilir. 7.7. Əgər şikayətin məzmunu şikayətçinin qanuni tələbi ilə bağlı seçki komissiyasının hərəkətsizliyi və ya müvafiq komissiya qərarının verilməməsindən ibarətdirsə, ekspert, hərəkətsizliyi və ya qərarın verilməməsini müvafiq seçki komissiyası və ya onun katibliyi ilə aydınlaşdırır. 7.8. Şikayəti araşdıran ekspert şikayətin müvafiq seçki komissiyasına daxil olduğu gündən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü, yaxud növbəti gün isə dərhal onunla bağlı rəy qəbul etməlidir. Əlavə araşdırmanın tələb olunduğu halda, ekspert qrupunun üzvü göstərilən müddətin artırılması barədə ekspert qrupunun koordinatorunu məlumatlandırmaqla onun vasitəsilə seçki komissiyasının qarşısında əsaslandırılmış vəsatət qaldıra bilər. Seçki komissiyası qaldırılmış vəsatətin əsaslı olması qənaətinə gələrsə, əlavə araşdırmanın aparılması barədə qərar qəbul etməlidir. Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü isə dərhal qəbul edilməlidir. 7.9. Şikayətlərə baxılması nəticəsində ekspert qrupunun üzvləri aşağıdakı məzmunda rəyləri verə bilərlər: 7.9.1. aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə; 7.9.2. Seçki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq edilməsi barədə; 7.9.3. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasından imtina edilməsi barədə; 7.9.4. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş
8
hallarda qeydə alınmış namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə; 7.9.5. şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən baxılması barədə. 7.10. Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır: 7.10.1. şikayətlər buna hüququ olan şəxs tərəfindən (Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir; 7.10.2. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır. 7.11. Ekspert rəyi verilir, qrupun koordinatoru ilə razılaşdırılaraq tərtib edilir və dərhal elan olunur, yaxud növbəti 18 saatdan gec olmayaraq müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (dairə seçki komissiyası ekspert qrupu üzvlərinin verdikləri rəylər istisna olmaqla digər rəylər həm də internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir. Ekspert qrupunun üzvü araşdırdığı şikayətlə bağlı rəy verməklə yanaşı, şikayətə dair komissiya qərarının layihəsini də tərtib edir. Qərar layihəsi faktiki və hüquqi cəhətdən əsaslandırılmış olmaqla, ekspert qrupunun koordinatoru ilə razılaşdırılır və bundan sonra şikayətlə bağlı məsələ seçki komissiyasının sədri tərəfindən iclasın gündəliyinə daxil edilir. Rəy və qərar layihəsi iclasdan əvvəl Seçki Məcəlləsinin 19.8-ci və 19.14-cü maddələrində göstərilən müddətlər mümkün qədər nəzərə alınmaqla, komissiya üzvlərinə də çatdırılır. Ekspert rəyi verildikdən və dərc olunduqdan sonra, onunla bağlı məsələ dərhal bu Təlimatın 9-cu bəndində göstərilən qaydada seçki komissiyasının iclasında müzakirə olunmalıdır. DAİRƏ SEÇKİ KOMİSSİYASI VƏ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA ŞİKAYƏTLƏRƏ BAXILMASI QAYDASI 8. Şikayətlərin daxil olmasından sonra dairə seçki komissiyası və Mərkəzi Seçki Komissiyasının etməli olduğu hərəkərtlər1 8.1. Seçki komissiyalarına şikayət daxil olduqda aşağıdakı hərəkətlər edilməlidir: 8.1.1. yazılı müraciət qəbul edilməli və onun qeydiyyatı aparımalıdır; 8.1.2. müraciət şifahi olduqda, bu Təlimatın 1 və müvafiq olaraq 1a saylı əlavələri Təlimatda tələb olunan bütün qeydlərə müvafiq olaraq doldurulmalı və ya şikayətçi tərəfindən bunun edilməsinə şərait yaradılmalıdır; 8.1.3. müraciət şəxsən təqdim edilibsə, müraciət qəbul olunmalı, onu təqdim edən şəxsə buna dair qəbz təqdim edilməlidir;
9
8.1.4. şikayəti qəbul edib bu Təlimatın 3-cü bəndinə müvafiq olaraq qeydə aldıqdan sonra komissiyanın katibliyi bu barədə dərhal sədri xəbərdar edir. 8.2. Şikayətlərin qəbul olunduğu gün müvafiq seçki komissiyasının sədri onları 2 kateqoriyaya bölür: 8.2.1. aşağı seçki komissiyalarının qərarları, hərəkəti (hərəkətsizliyi), komissiya sədrlərinin hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar şikayətlər; 8.2.2. digər müraciətlər. 8.3. Hər bir kateqoriyanın özünün ardıcıllıq sırası olur. 8.4. Daha sonra sədr hər bir şikayəti ardıcıl sıralanmaya uyğun olaraq ekspert qrupunun üzvlərinə ardıcıl paylaşdırma ilə hər bir şəxsə bir ədəd olmaqla göndərir. 8.5. Sonra bu Təlimatın 7-ci bəndində göstərilən qaydada şikayət baxılması üçün ekspert qrupunun üzvünə təqdim edilməlidir. 8.6. Şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir. 8.7. Daxil olımuş şikayət və ya müraciət həm şikayəti qəbul etmiş komissiyanın, həm də digər komissiya və ya başqa orqanın səlahiyyətinə aiddirsə, onda müvafiq komissiya həmin müraciətə mahiyyəti üzrə baxmalı, öz səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı, digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin şikayət və ya müraciətin müvafiq orqana göndərilməsi barədə qərar çıxarmalıdır. 8.8. Əgər seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı müraciət daxil olursa, həmin müraciət qeydəalma və bölüşdürmə proseduruna əməl olunmaqla, müvafiq seçki komissiyası tərəfindən dərhal müvafiq prokurorluğa göndərilir. 8.9. Əgər dairə seçki komissiyasına seçki subyektləri tərəfindən seçki ilə əlaqəsi olan cinayət xarakterli müraciət daxil olursa, həmin müraciət qeydəalma və bölüşdürmə proseduruna əməl olunmaqla, komissiyanın iclasında müzakirə edilərək öz səlahiyyətinə aid olan hissədə tədbirlər görməli, şikayətdə göstərilən qanun pozuntularında Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gələrsə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edir. Məlumata bu şikayətin surəti əlavə edilir. Dairə seçki komissiyası şikayət və ya müraciətə baxarkən, Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, öz səlahiyyətlərinə aid olan hissədə qərar qəbul edib məsələni həll etməklə yanaşı, həmin məsələyə dair rəy verilməsi üçün şikayəti Mərkəzi Seçki Komissiyasına göndərir. 8.10. Əgər şikayət aşağı seçki komissiyasının və ya komissiya sədrinin səlahiyyətlərinə aid olan, şikayətçinin qanuni tələbi ilə bağlı müvafiq fəaliyyətin görülməməsi və ya qərarın verilməməsindəndirsə, ekspert
10
qrupunun üzvünün müvafiq dəqiqləşdirməsindən sonra komissiyanın müzakirəsinə çıxarılır. 8.11. Mərkəzi Seçki Komissiyasına şikayət və müraciətlər daxil olduqda bu Təlimatın 8-ci bəndində göstərilən hərəkətlər edilməlidir. Əlavə olaraq Mərkəzi Seçki Komissiyasi aşağıda göstərilən məsələləri də həll etməlidir: 8.11.1. seçki komissiyalarının hərəkətləri, hərəkətsizlikləri və qərarları ilə əlaqədar olmayan, seçkilərlə bağlı qeyri-qanuni hərəkətləri əks etdirən müraciətlər, ilkin olaraq həmin pozuntu ilə bağlı məlumat kimi nəzərdən keçirilməli və müvafiq seçki komissiyaları tərəfindən Seçki Məcəlləsinin 60.6-cı, 68.5-ci, 87.9-cu, 88.7-ci, 88.8-ci, 113-cü, 115-ci və 116-cı maddələrinə əsasən müvafiq tədbirlər görülməlidir; 8.11.2. Mərkəzi Seçki Komissiyasının Ümumi şöbəsi müvafiq metodikadan istifadə etməklə Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında müraciətlərə vaxtında və müəyyən edilmiş qaydada baxılmasına nəzarət edir. Şöbə ən azı 10 gündə bir dəfə müraciətlərə baxılması vəziyyəti ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının sədrinə məruzə təqdim edir. Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyaslarında müraciətlərə baxılması vəziyyəti ayda 1 dəfədən az olmayaraq Mərkəzi Seçki Komissiyasının iclasında müzakirəyə çıxarıla bilər. Mərkəzi Seçki Komissiyasında telefon və ya internet vasitəsi ilə daxil olmuş müraciətlərə baxılması vəziyyəti, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.12-ci maddəsinin tələbinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası üzvlərinin tələbi ilə Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə üçün gündəliyə daxil edilə bilər. 8.12. Seçki komissiyalarında müraciətlərə baxılması vəziyyətinə görə müvafiq komissiyanın sədri məsuliyyət daşıyır. 9. Dairə seçki komissiyası və Mərkəzi Seçki Komissiyasının iclasında şikayətə baxılması qaydası 9.1. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, komissiyanın iclasından bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir. Müraciət etmiş şəxsin iclasda iştirak etməməsi işin baxılmasına maneə deyildir. Şikayətçi xəbərdar olunmasa da, iclasda iştirak etmək istərsə, onun bu xahişi təmin olunmalıdır. 9.2. İclas zamanı bir qayda olaraq, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası ekspert qrupunun üzvü işlə baglı qısa məruzə edir. Əgər şikayətçi və onun səlahiyyətli nümayəndəsi iclasda iştirak edirsə və şikayətlə bağlı məruzə onu qane etmirsə, şikayətçi, yaxud onun səlahiyyətli nümayəndəsi qısa təqdimatla öz şikayətini izah edə bilər. 9.3. Şikayətçi iclas zamanı obyektiv səbəblərdən ilkin araşdırma zamanı ekspert qrupunun üzvünə təqdim etmədiyi sübutları təqdim edə bilər. Belə halda, o, öz məruzəsini etdikdən, sübutlarını təqdim etdikdən və ilkin
11
araşdırma başa çatdıqdan sonra sədrlik edənin təklifi ilə qərar qəbul olunması üçün müşavirə başlanan andan qərarın elan edilməsi anınadək iclas zalını tərk etməlidir. Qərar qəbul edildikdən dərhal sonra açıq elan olunur. 9.4. Sədrin (və ya iclasa sədrlik edənin), seçki subyektlərinin və komissiya üzvlərinin qanuni hüquqlarının qorunması baxımından, habelə iclasın gündəliyi, şikayətlərin sayı, qanuni müddətlər və şikayətlə bağlı araşdırmanın aparılması nəzərə alınmaqla, iclası ən müvafiq şəkildə aparılmasını təmin etmək səlahiyyəti var. Komissiya üzvləri də daxil olmaqla iclasda iştirak edən hər bir şəxs sədrin iclasın aparılması ilə bağlı göstərişlərinə əməl etməlidir. Əks təqdirdə, sədr iclasda nizam-intizamı təmin etmək məqsədilə müvafiq tədbirlər (xəbərdarlıqdan iclas zalından çıxarılmaya qədər) görə bilər. Əgər xəbərdarlıq, iclas zalından çıxarılma və ya hər hansı digər tədbir görülmüşdürsə, bu, iclasın protokolunda qeyd olunmalıdır. 9.5. Komissiya ekspert qrupu tərəfindən tövsiyə olunan qərar qəbul edərsə, onda komissiyanın yekun qərarı ekspert qrupunun təqdim etdiyi variantda tərtib edilir. Komissiya tövsiyə olunan qərarı qəbul etməzsə, bu zaman sədr fərqli mövqe təklif edən komissiya üzvünə (üzvlərinə) müvafiq sübutlara və qanuna əsaslanan yeni qərar layihəsini hazırlamağı təklif edir. Komissiya həmin şikayət üzrə ekspert qrupu tərəfindən təkrar araşdırma aparılmasının zəruri olması qənaətinə gələrsə, şikayətin araşdırılması ekspert qrupunun digər üzvünə həvalə edilir. Həmin ekspert qrupunun üzvü bu Təlimatda nəzərdə tutulmuş qaydada və müddətdə (zərurət olarsa qısaldılmış müddətdə) müvafiq araşdırma aparıb şikayəti baxılmaq üçün yenidən komissiyaya təqdim edir. 9.6. Şikayəti və ya müraciəti araşdıran müvafiq komissiya Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddət əsas götürülməklə, qərar qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, komissiya bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət və ya müraciətin daxil olduğu gündən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü isə dərhal qəbul edilməlidir. Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır. 10. Şikayətlər barəsində dairə seçki komissiyasının və Mərkəzi Seçki Komissiyasının mümkün qərarı 10.1. Şikayətlərə baxan seçki komissiyasının aşağıdakı səlahiyyətləri vardır: 10.1.1. aşağı seçki komissiyasının qərarını ləğv etmək; 10.1.2. şikayətə mahiyyəti üzrə baxıb, təmin etmək və ya təmin etməmək; 10.1.3. Seçki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq etmək; 10.1.4. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasından imtina etmək;
12
10.1.5. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda qeydə alınmış namizədliyin ləğv olunması üçün məhkəməyə müraciət etmək; 10.1.6. şikayətçinin qaldırdığı məsələnin ekspert qrupunun üzvü tərəfindən yenidən araşdırılması və ya aşağı komissiyada yenidən baxılması haqqında göstəriş vermək; 10.1.7. əgər şikayət ona baxan seçki komissiyasının səlahiyyətlərinə aid deyilsə, şikayəti aidiyyəti üzrə göndərmək; 10.1.8. şikayətdə göstərilən seçki ilə bağlı cinayət xarakterli əməllərin araşdırılması üçün müvafiq prokurorluq orqanlarına göndərilməsi haqqında qərar qəbul etmək. 10.2. Mərkəzi Seçki Komissiyası bu Təlimatın 7.9-cu bəndində göstərilən əsaslar olduqda Seçki Məcəlləsinin 60.6-cı, 68.5-ci, 87.9-cu, 88.7-ci, 88.8-ci, 113-cü, 115-ci və 116-cı maddələrinin tələblərinə uyğun olaraq qərar qəbul etməlidir. 10.3. Bu Təlimatın 8.9-cu bəndində nəzərdə tutulan qaydada və əsaslarla dairə seçki komissiyası məsələ ilə əlaqədar rəy verilməsi üçün şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsi haqqında qərar qəbul edir. 10.4. Şikayətə dair komissiyanın qərarı şikayət qeydə alındıqdan sonra 3 gün ərzində səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq, araşdırma üçün tələb edilən müddət nəzərə alınmaqla), səsvermə günü isə dərhal seçki komissiyasının yazılı qərarı formasında qəbul olunur. Qərar qəbul edildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq dərc olunur (Mərkəzi Seçki Komissiyası qərarları həm də internet səhifəsində yerləşdirilir) və surəti şikayətçiyə çatdırılır və ya göndərilir. Əgər iş üzrə müvəqqəti qərar qəbul edilmişsə, onda həmin qərarın surəti ərizəçiyə göndərilməlidir. Bütün qərarlar məntiqi və qanunauyğun olmalı, eləcə də əsaslandırılmalıdır. 10.5. Komissiya şikayətlə bağlı qərar vermişdirsə, o, şikayətçini qərar barəsində xəbərdar etməlidir. ________
1Qeyd: Maddə 25. Mərkəzi Seçki Komissiyasının vəzifələri 25.1. Mərkəzi Seçki Komissiyası Prezident seçkilərini və Milli Məclis deputatlarının seçkilərini, həmçinin referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. 25.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir: 25.2.1. seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir,seçkilərin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar tədbirlər həyata keçirir, bu Məcəllənin müvafiq müddəalarının eyni cür və dürüst tətbiqini təmin edir; 25.2.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir; 25.2.3. özünün təşkiledilmə prinsipinə uyğun olaraq dairə seçki komissiyalarını yaradır;
13
25.2.4.dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinə rəhbərlik edir; 25.2.5. seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini işləyib hazırlayır, həmin normativləri təsdiq edir və onlara riayət olunmasına nəzarət edir; 25.2.6. seçki (referendum) bülletenlərinin (bundan sonra – seçki bülleteni), seçki bülleteninin qoyulması üçün zərflərin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki (referendum) sənədlərinin (bundan sonra – seçki sənədlərinin) dairə seçki komissiyalarına çatdırılmasını təmin edir; 25.2.7.seçkilərin (referendumların) hazırlanması və keçirilməsi, seçki (referendum) sisteminin inkişafı, seçicilərin hüquqi biliklərinin artırılması, seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treyninqlər keçirir və axırıncıların peşə hazırlığı ilə əlaqədar proqramların həyata keçirilməsini təmin edir; 25.2.8. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə, referendum üzrə təşviqat qruplarının referendumqabağı fəaliyyəti üçün şərait yaradır; qeydə alınmış namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları arasında efir vaxtının bölüşdürülməsinin vahid qaydalarını təsdiq edir, səsvermənin və referendumun nəticələrinin dərc olunma qaydalarını müəyyən edir; 25.2.9. dövlət büdcəsindən seçkilərin (referendumların) hazırlanmasına və keçirilməsinə ayrılan vəsaiti bölüşdürür, onun məqsədli istifadəsinə nəzarət edir; 25.2.10. seçki komissiyalarına hüquqi, metodiki və texniki-təşkilati yardım göstərir; 25.2.11. seçki bülletenlərinin, seçki bülletenlərinin qoyulması üçün zərflərin, seçici siyahılarının, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin, səsvermə protokollarının və digər seçki sənədlərinin nümunələrini təsdiq edir, onların hazırlanmasını və mühafizəsini təmin edir; 25.2.12. seçki sənədlərinin saxlanılması və arxivə verilməsi qaydalarını təsdiq edir; 25.2.13. seçki komissiyaları üçün texnoloji təchizat normativlərini təsdiq edir və bunlara əməl olunmasına nəzarət edir; seçki komissiyaları möhürlərinin nümunələrini təsdiq edir; 25.2.14. seçkiqabağı təşviqatın maliyyələşdirilməsinə nəzarət edir; 25.2.15. seçiciləri seçici hərəkətlərinin həyata keçirilməsi müddətləri, qaydası və seçkilərin (referendumun) gedişi haqqında məlumatla təmin edir; 25.2.16. seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin olunmasına nəzarət edir və seçkilərin (referendumun) maddi-texniki təminatı ilə bağlı digər məsələləri həll edir; 25.2.17. müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə seçicilərin vahid siyahısını tərtib edir; 25.2.18. müvafiq icra hakimiyyəti orqanlarından və bələdiyyə orqanlarından seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır; 25.2.19. dövlət avtomatlaşdırılmış informasiya sistemindən eyni qaydada istifadə olunmasını təmin edir; 25.2.20. müşahidəçiləri qeydə alır və onlara müəyyən edilmiş formada lövhəciklər verir; 25.2.21. bu Məcəllənin 28.1-ci və 28.5-ci maddələrinə uyğun olaraq öz iş qaydasını müəyyən edir; 25.2.22. seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir, öz vəzifələrinə uyğun gəlməyən seçki komissiyalarının sədri və katibləri haqqında təqdimatla müvafiq komissiyaya müraciət edir; 25.2.23. bu Məcəlləyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
Maddə 31. Dairə seçki komissiyasının vəzifələri 31.1.Dairə seçki komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir: 31.1.1. seçki dairəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının seçki
14
hüquqlarına riayət olunmasına nəzarət edir; 31.1.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir; 31.1.3. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə, referendum üzrə təşviqat qruplarının referendumqabağı fəaliyyətinə şərait yaradır; 31.1.4. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına ad verir və seçki məntəqələrinin vahid qaydada nömrələnməsini təmin edir; 31.1.5. seçki bulletenlərinin, seçki bülletenlərinin qoyulması üçün zərflərin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki sənədlərinin məntəqə seçki komissiyalarına çatdırılmasını təmin edir; 31.1.6. seçkilərin (referendumun) hazırlanması və keçirilməsi üçün ayrılmış pul vəsaitini məntəqə seçki komissiyaları arasında bölüşdürür, bu vəsaitin təyinatı üzrə istifadəsinə nəzarəti təmin edir; 31.1.7. müvafiq icra hakimiyyəti orqanlarından və bələdiyyə qurumlarından seçkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır; 31.1.8. seçkilərin (referendumun) gedişində seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və müddəti haqqında seçicilərə məlumat verir, qeydə alınmış namizədlərə dair məlumatları, seçkilərin (səsvermənin) ilkin nəticələri haqqında məlumatları dərc edir; 31.1.9. məntəqə seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin edilməsinə, seçkilərin maddi-texniki təchizatı məsələlərinə dair qəbul olunan müvafiq qərarların yerinə yetirilməsinə nəzarət edir; 31.1.10. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına seçki məntəqələrində səsvermənin keçirilməsi işində təşkilati-texniki kömək göstərir; 31.1.11. məntəqə seçki komissiyalarının fəaliyyətini əlaqələndirir; 31.1.12. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq seçki (referendum) sənədlərinin saxlanılmasını təmin edir; 31.1.13. seçkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin, o cümlədən səsvermənin (seçkilərin) nəticələri haqqında protokolların Mərkəzi Seçki Komissiyasına verilməsini təmin edir; 31.1.14. seçki dairəsinin ərazisində dövlət avtomatlaşdırılmış informasiya sistemindən eyni qaydada istifadə olunmasını təmin edir; 31.1.15. məntəqə seçki komissiyalarının üzvlərini təlimatlandırır; 31.1.16. məntəqə seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir.

Updated: 23 Avqust 2017 — 13:24